XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bahalaşmanın dəhşətli sirri: Arif Əsgərovla Cavid Qurbanov bankrotdur...

Bahalaşmanın dəhşətli sirri: Arif Əsgərovla Cavid Qurbanov bankrotdur...

Bahalaşmanın dəhşətli sirri: Arif Əsgərovla Cavid Qurbanov bankrotdur...
11-07-2017, 09:30

"Azərbaycan Dəmir Yolları" kupe və plaskart vaqonlarda gediş haqlarını birdən-birə 20% artırır
Bu dövlət şirkəti, onun rəhbərliyi, rəhbərliyin arxasında duranlar bərbad idarəçilik, korrupsiya mexanizmlərinə görə həm dövlət büdcəsindən aldığı dotasiyaları, həm də beynəlxalq kreditləri basıb-yeyiblər.
Bunu iqtisadçı Natiq Cəfərli Feysbuk səhifəsində açıqlayıb. Onun sözlərinə görə, indi “ADY” bankrot ərəfəsindədir, xarici borcunu qaytarmaq üçün vətəndaşın cibinə girib qiyməti artırır:
“Bu qərar çox vacib indikatordur: Dövlətin və dövlətə aid oliqarxik şirkətlərin borclarını enində-sonunda, birbaşa, və ya dolayısı yolla mütləq vətəndaş qaytarır.
Bilin ki, sabah Azərenerjinin borcunu elektrik enerjisinin, SOCAR-ən borcunu yanacağın və qazın, AZAL-ın borcunu biletlərin qiymətini artırmaqla bizim - vətəndaşın belindən və cibindən çıxaracaqlar”.
Qiymətlərdən əvvəl keyfiyyət yüksək olmalıdır. Hazırda Bakı dəmiryol vağzalının girişi gözəl ola bilər. Ancaq rayonlara gedən vaqonlar sınıq-salxaq, köhnə, iylənmiş, bərbad vəziyyətdədir.
Avropa isə çoxdan sürət qatarlarından istifadə edir. Arif Əsgərovun dönəmində yeyilən pullar bu sahəni bu günə qoyub, C.Qurbanov isə sadəcə əl gəzdirir. O, qiymətləri qaldırmazdan əvvəl camaatıə rayonlara daşıyan vaqonlara nəzər yetirsin.
Bundan başqa, Arif Əsgərov həbs oluna bilər. Onun adı 48 milyonluq yeyintidə keçir. Sabiq rəisin məsuliyyətə cəlb olunması təhlükəsi başı üzərindən sovuşmayıb.
QSC-yə rəhbərlik etdiyi vaxt böyük maliyyə qalmaqalı üzündən 2013-cü ildə onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı.
Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu.
Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı.
Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Əvəzində Rahib Hüseynov və qardaşı etmədikləri qanunsuzluqlara görə həbsdə qaldılar.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.