SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu günə 35 dərəcə isti GÖZLƏNİLİR

Bu günə 35 dərəcə isti GÖZLƏNİLİR

Tarix:

24-05-2023, 08:26

/ 265 dəfə oxundu.
Bu günə 35 dərəcə isti GÖZLƏNİLİR

Mayın 24-də hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
 
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq

Şərhlər

XƏBƏR LENTİ