SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vilayət Eyvazov onu Nərimanova rəis TƏYİN ETDİ

Vilayət Eyvazov onu Nərimanova rəis TƏYİN ETDİ

Tarix:

22-02-2023, 11:32

/ 590 dəfə oxundu.
Vilayət Eyvazov onu Nərimanova rəis TƏYİN ETDİ

Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib.

Bu təyinata qədər o, DİN-in Baş Cinayət-Axtarış İdarəsində rəis müavini olub.

Qeyd edək ki, A.Heydərov daha əvvəl Binəqədi RPİ-də cinayət axtarış şöbəsinin rəis müavini, daha sonra isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi kimi çalışıb.

Şərhlər

XƏBƏR LENTİ