SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gələn həftə havanın temperaturu YÜKSƏLƏCƏK

Gələn həftə havanın temperaturu YÜKSƏLƏCƏK

Tarix:

14-01-2023, 16:58

/ 369 dəfə oxundu.
Gələn həftə havanın temperaturu YÜKSƏLƏCƏK

 
Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskin olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.

Şərhlər

XƏBƏR LENTİ