SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kürdəmirdə kanallar lildən təmizlənir - FOTOLAR

Kürdəmirdə kanallar lildən təmizlənir - FOTOLAR

Tarix:

25-11-2022, 09:58

/ 362 dəfə oxundu.
Kürdəmirdə kanallar lildən təmizlənir - FOTOLAR

 
Kürdəmirdə suvarma kanalları lildən təmizlənir.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Atatv.az a bildirib ki, Kürdəmir  Suvarma  Sistemləri  İdarəsi Kürdəmir rayonunda 69500  hektardan artıq  torpaq sahəsinə xidmət edir. Xidməti  ərazidə  rayonun  58  kənd  və  3  qəsəbəsi mövcuddur.  Bundan  38000  ha  öz  axımı  ilə, 31500 ha  mexaniki  üsulla suvarılır. Kürdəmirdə suvarma  mənbələri  Yuxarı  Şirvan  Kanalı  və  Kür çayıdır. İdarə tərəfindən suvarma  mövsümü  ərzində  zərurət  yarandığı  halda  Girdimançayda  olan  Karrar  nasos  stansıyasının  gücündən də istifadə  olunur.  Digər halda  həmin  sahələrin  də  öz  axımı  ilə  suvarılması  mümkündür. Son illər Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanalların beton üzlüyə alınması istiqamətində də bir çox işlər görülüb. Hazırda balansda olan beton  örtüklü 537  km-dən artıq suvarma kanalı vasitəsi ilə payızlıq olaraq əkilən bitkilər suvarılır.

İdarə tərəfindən 2022-ci  ildə  suvarma  mövsümünün  mütəşəkil  keçirilməsi  üçün  suvarma  kanalarının  mexanizimlərlə  lildən  təmizlənməsi  qrafiki  tərtib  olunub, kanallar  üzərində  yerləşən  hedrotexniki  qurğuların  cari  təmiri  üzrə  təqvim  planı  hazırlanıb  və  hazırda icra  olunur. Bu ilin  əvvəlindən  indiyə  kimi  500   km uzunluğunda suvarma  kanalları  lildən  təmizlənərək  su  istifadəçilərinin  isdifadəsinə  verilib.

Qeyd edək ki, 2022-ci ildə Kürdəmir rayonunda 44075 ha taxıl, 2330 ha pambıq, 8902 ha yem bitkiləri, 4677 ha bostan-tərəvəz, 2620 ha bağ  və  üzümlük

6922 hektar isə həyətyanı sahələr suvarılıb.



Şərhlər

XƏBƏR LENTİ