SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri açıqlanıb

İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri açıqlanıb

Tarix:

1-11-2022, 16:40

/ 498 dəfə oxundu.
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri açıqlanıb

 
Gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlir və xərcləri 212 668 344,50 manat məbləğində proqnozlaşdırılır.

Bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində qeyd olunub.

Sənədə əsasən, Fondun büdcəsinin xərcləri aşağıdakı kimidir:

- işsizliyə görə sığorta ödənişləri- 11 milyon manat;

- peşə hazırlığı və əlavə təhsilin təşkili – 22 milyon manat;

- peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi – 2 milyon manat;

- əmək yarmarkalarının və əmək birjalarının təşkili – 500 min manat;

- haqqı ödənilən ictimai işlərin təşkili – 3 milyon 500 min manat

- özünüməşğulluq tədbirlərinin təşkili – 87 milyon 521 min 146, 76 manat

- sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi – 2 milyon manat;

- peşə standartlarının hazırlanması – 1 milyon manat;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri – 44 milyon 647 min 197, 75 manat.

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri 35 milyon manat;

- sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi üçün kvotadan əlavə iş yerlərinin yaradılması – 1 milyon manat;

- sosial müəsisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi – 1 milyon 500 min manat;

- qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdətutulmuş digər aktiv tədbirlər – 1 milyon manat.

Şərhlər

XƏBƏR LENTİ