Şəhidlərimiz anım günlərində Abşeron rayonunda yad edilib
Anım günlərində Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini, o cümlədən Xırdalan şəhərində Vətən Mühariəsi şəhidlərinə həsr edilmiş Xatirə Kompleksinin inşa edildiyini vurğulayıb.
RİH-nin başçısı Abdin Fərzəliyev o cümlədən, şəhid Samir Muradovun anım günündə Siyəzən rayonunda yaşayan ailəsini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulayıb, həyatlarının hər anında hiss etdikləri qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.




İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb