SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Çin Karqo” şirkətində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə sahibkarla konfrans keçirilib

“Çin Karqo” şirkətində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə sahibkarla konfrans keçirilib

Tarix:

18-10-2022, 10:05

/ 511 dəfə oxundu.
“Çin Karqo” şirkətində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə sahibkarla konfrans keçirilib

“Çin Karqo” şirkətində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konfrans keçirilib. Şirkətin konfrans zalında keçirilən tədbiri tanınmış iş adamı Şamil Heydərov açaraq, bu günün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, ötən əsrin sonlarında SSRİ-nin süquta uğraması nəticəsində yaranan əlverişli tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edib. Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında 1991-ci il 30 avqust tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilib. Ali Sovetin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunub. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq səsverməsində Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb. Şirkətin rəhbəri bildirib ki, beləliklə də XX əsrin sonunda Azərbaycan yenidən öz müstəqilliyinə qovuşub. 1992-ci ilin mayında isə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib. Şamil Heydərov qeyd edib ki, Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
“Çin Karqo” şirkətinin rəhbəri, ölkəmizdə baş verən ictimai-siyasi proseslərdən söhbət açıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət olunan dərin siyasi-iqtisadi böhran, hakimiyyət çəkişmələri müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaradıb. Məhz belə bir məqamda Azərbaycan xalqı dünya şöhrətli, müdrik siyasətçi Heydər Əliyevə üz tutub, onu Naxçıvandan Bakıya dəvət edib və yenidən özünə rəhbər seçib. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. Onun ölkə rəhbəri kimi həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilib, ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanıb, bununla da müstəqilliyin möhkəmləndirilməsi üçün vacib şərt olan sabitlik təmin edilib.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməsindən sonra görülən işlərdən geniş söhbət açan Şamil Heydərov, 1993-2003-cü illəri müstəqilliyimizin ikinci dövrü adlandırıb. Qeyd edib ki, bu illərdə ümummilli liderin böyük uzaqgörənliklə atdığı bütün addımlar Azərbaycanın sabahının, onun uğurlu inkişafının möhkəm əsaslarını qoyub. Bildirilib ki, müdrik Azərbaycan xalqı 2003-cü ildə Heydər Əliyev siyasətinə, onun strategiyasına sadiqliyini bir daha təsdiqləyərək, ulu öndərin siyasi varisi İlham Əliyevi Prezident seçib. İş adamı deyib ki, 2003-cü ildən başlayaraq Azərbaycan sürətli və dinamik inkişafı ilə səciyyələnən bu illər müstəqilliyimizin üçüncü dövrü - möhtəşəm quruculuq dövrü sayılır. Bu dövrdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biliklərə dayanan cəmiyyətin yaradılması sahəsində ciddi işlər görülür.
Əgər 1991-ci ildə Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə, beynəlxalq aləmdə böyük nüfuzu olan, Cənubi Qafqazın lider dövləti sayılan müasir Azərbaycan isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Şərhlər

XƏBƏR LENTİ