Almaniyalı səyyah: “Azad olunmuş ərazilərdə bərpa işlərinin sürətlə davam etdirilməsi sevindiricidir”
“Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram”.
Bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan almaniyalı səyyah Yorqan Keller deyib.
O, yolboyu tamamilə məhv olmuş, yerlə-yeksan edilmiş binaları gördüyünü vurğulayıb. Gördüyü mənzərələrdən kədərləndiyini bildirən səyyah qeyd edib ki, sevindirici hal azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsidir.
“Mən əsasən konfliktlərin çox olduğu, əlçatmaz bölgələrə səyahət edirəm. Məsələn, İraq, Şimali Koreya və s. yerlərdə olmuşam. Doğrudur, Almaniya da bir zamanlar müharibənin qaynar nöqtəsi olan tarixi ölkədir, lakin bu, çoxdan baş verib və indi hər şey bərpa olunub”, - səyyah əlavə edib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb