Ermənistan “Laçın dəhlizi”ndə yolun tikintisinə BAŞLAYIR
“Laçın dəhlizi”nə alternativ yolunun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq və tenderdə qalib gələn şirkət 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək.
Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Azərbaycan tərəfi Ermənistan hissəsini öz vəsaiti ilə tikməyi təklif etsə də, Paşinyan ictimaiyyətin münasibətindən ehtiyat edərək bundan imtina edib.
Nəşr həmçinin xatırladıb ki, 2020-ci il üçtərəfli bəyanatına əsasən, 3 il ərzində "Laçın dəhlizi" ilə yeni marşrut xətti çəkilməlidir. Azərbaycan artıq yolun Laçının yaşayış məntəqələrindən yan keçən hissəsinin tikintisini başa çatdırır, Ermənistan hissəsi hələ ki, başlamayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb