SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib

Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib

Tarix:

14-06-2022, 15:01

/ 345 dəfə oxundu.
Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib

 
1991-ci ilin oktyabrında Azərbaycanın özünün itirilmiş müstəqilliyini yenidən bərpa etməsi çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində ağır, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.
Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. 1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə əsrin Müqaviləsi imzalandı. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi,  Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Həmin qalibiyyətli strateji kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla davam etdirilir, ilbəil ölkəmizə yeni zəfərlər qazandırır. Azərbaycan “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq miqyaslı layihələr həyata keçirən etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yer tutur. 14 sentyabr 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmış və “Əsrin kontraktı”nın müddəti 2050-ci ilə qədər uzadılmışdır. "Şahdəniz 2”, "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, TANAP və TAP layihələrinin daxil olduğu Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. TANAP layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli hissəsidir.
Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi Ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. O müqəddəs arzunun həyata keçməsini xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək tariximizə qızıl hərflərlə yazdı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyev Ümummilli Liderin bu arzusunu gerçəkləşdirdi. Rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında erməni işğalına son qoydu, torpağları geri qaytardı, ölkəmizin şanlı bayrağını Şuşada, Qarabağda dalğalandırdı.
“Mən Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında  baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki,  ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin bu gün ruhu şaddır”.
Gözün aydın olsun  Azərbaycan! Gözünüz aydın olsun dünya  azərbaycanlıları!” söyləyən Prezident İlham Əliyev  atasına layiq olduğunu “Qarabağ Azərbaycandır!” sözləri ilə doğrultdu. 

Bəylər Nəzərov,
Salyan rayon I Varlı kənd tam orta məktəbin direktor əvəzi

Şərhlər

XƏBƏR LENTİ