MİQ imtahanı ilə bağlı bu qrafiklər səhvdir!
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək şəxslərə müraciət edib.
Xalqxeber.az müraciətin mətnini təqdim edir:
“Sosial şəbəkədə və mediada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarixlər yayılıb. Bildiririk ki, təqdim olunan imtahan qrafikləri 2019-cu ildə keçirilən müsabiqəyə aiddir və həqiqəti əks etdirmir. Bu il üzrə keçiriləcək müsabiqənin imtahan tarixləri imtahandan ən azı bir həftə əvvəl namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Daha dolğun və doğru məlumatlar əldə etmək üçün vətəndaşlara Təshil Nazirliyinin və İnsan Resurlsarı Mərkəzinin rəsmi sosial media hesablarını izləmək tövsiyə olunur”.
Qeyd edək ki, iyunun 3-dən 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər iyunun 10-u saat 11:00-dək bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb