SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanın yaratdığı yeni reallıqları artıq dünya da qəbul edir

Azərbaycanın yaratdığı yeni reallıqları artıq dünya da qəbul edir

Tarix:

6-06-2022, 12:31

/ 283 dəfə oxundu.
Azərbaycanın yaratdığı yeni reallıqları artıq dünya da qəbul edir

Azərbaycan dünya siyasi və iqtisadi arenasında baş verənləri Şuşa zirvəsindən izləyir. Dünya gücləri Azərbaycanın Cənubi Qafqazın taleyində nə dərəcədə mühüm rol oynadığı faktının artıq fərqindədir. Bir qədər diqqətli yanaşma və analitik düşüncəsi ilə seçilən otra statistik vətəndaş da Vətən Müharibəsindən sonra rəsmi Bakının dünyanın siyasi müstəvisindəki mövqeyinin gücləndiyini və region üçün taleyüklü məsələlərin həllində söz sahibi olduğunu qürur və ləyaqətlə izləyir. Azərbaycana gələn dövlət başçıları və hökumət nümayəndələri ilə görüşlər, həmçinin prezident İlham Əliyevin müxtəlif ölkələrə rəsmi və işgüzar səfərlərindəki səsləndirdiyi fikirlər hər biri özlüyündə mesaj və tarixi keçiddir. Dövlət başçısı Azərbaycanın post pandemiya və post münaqişə dövrünə qədəm qoyduğunu artıq rəsmi elan edib. Bəli, bu həm də Azərbaycanın işğaldan azad olunan torpaqlarda quruculuq planları və iqtisadi inkişafın davamlılığını təmin edən konkret hədəflərə istiqamətlənən strategiyanın elanıdır.İşğaldan azad olunmuş Cəbrayıl rayonunda SOCAR və BP tərəfindən 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasının müzakirəsi onu göstərir ki, artıq dünya da post münaqişə dövrünü qəbul edir.Qalib Azərbaycan dünya səviyyəli tədbirlərə mötəbər imzasını atır. Enerji, güc və siyasi bacarıq tələb edən layihələrdən biri də iyunun 1-də açılış mərasimi baş tutan Bakı Enerji Həftəsi oldu. Üç layihəni özündə ehtiva edən, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu yubiley Xəzər Beynəlxalq Energetika, bərpa olunan enerji sərgiləri və Bakı Enerji Forumu səmərəli müzakirələrlə yadda qaldı. 39 ölkədən 249 şirkətin təmsil olunduğu Xəzər regionunun enerji sektorunda ən böyük sənaye tədbirinə ev sahibliyi edən ölkə prezidentinin çıxışı, şübhəsiz, dünyanın diqqət mərkəzində idi. Mərasimdə çıxış edən dövlət başçısı bildirdi ki, Bakı Enerji və Neft konfransının keçirildiyi ilk gündən Azərbaycan dünyaya açıq olduğunu bəyan edib. Bu fikir ölkəmizin yanında olub, lakin gözləmək mövqeyi tutan dövlətlərə ünvanlanan tarixi ismarıc idi. Qalib olsan səni əzizləmək, məğlub olsan silmək mövqeyində olanlara.Azərbaycan etibarlı tərəfdaşdır. Müstəqilliyin ilk illərindən imzalanan saziş və müqavilələrdə bir sözün dəyişdirilmədiyini vurğulayan ölkə rəhbəri sadiqlik prinsipinin qarşılıqlı olmasını prioritet hesab edir. Cünki, hazırda Azərbaycan qazına tələbat artır, bu isə gələcəkdə yeni müqavilələrin imzalanması, hasilatın artırılması məsələsini gündəmə gətirir. Təbii sərvətlərlə bağlı Avropa qitəsində çoxşaxəli fəaliyyət ölkəmizlə bərabər tərəfdaşlarımıza da imkanlar yaradır. Cənub Qaz dəhlizi layihəsinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələr, beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, o cümlədən Avropa Komissiyası ilə əməkdaşlıq Azərbaycanın güclənən mövqeyi, iqtisadi sahədə komanda işi bacarığının bariz nümunəsidir. Müstəqil Azərbaycanın enerji siyasətini Birləşmiş Ştatlar və Birləşmiş Krallıq da hər zaman dəstəkləyib. Azərbaycanda daxili sabitlik, xalq-iqtidar birliyi, cəsarət və inam dünyada etibarımızı şərtləndirən amillərdəndir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak edib. Cənub Qaz Dəhlizi fərəhimizdir, deyən ölkə başçısını vətəndaş anlayır...Qaz ixracatının bu il 24 milyard kubmetrə çatdırılacağı proqnozu uğurlu enerji diplomatiyasını səciyyələndirir. Ölkənin iqtisadi potensialının artması güclü inkişafa işarədir. İnkişaf isə mütləq şəkildə ölkə daxilində sosialyönümlü layihələrin həyata keçirilməsi, bizə möhtəşəm qələbə sevinci yaşadan şəhid ailələri, qazilərə artırılan diqqət və qayğıya dəlalət edir.Cənub Qaz Dəhlizi artıq işləyir. Bu isə neçə-neçə dəhlizlərin başlanğıcıdır...Enerji həftəsi çərşivəsində aparılan müzakirələrdən bəlli oldu ki, görüləsi işlər çoxdur. Böyük planlar “ACWA Power” və “Masdar” kimi böyük şirkətlərlə birgə icra edilir.Prezident İlham Əliyev bütün çıxış və görüşlərində işğaldan azad olunmuş torpaqlarda sürətlə həyata keçirilən quruculuq işlərindən sadə vətəndaş qüruru və ləyaqəti ilə riqqətlə bəhs edir. 27-ci Beynəlxalq Neft və Qaz sərgisində də icrası Kəlbəcər və Laçında nəzərdə tutulan külək və günəş enerjisi layihəsinə toxunuldu. Beynəlxalq investorların diqqətinə çatdırıldı ki, Azərbaycan digər ölkələr üçün əlverişli tranzit imkanlar təqdim edir. Dəniz limanı, bütün istiqamətlərlə ölkəni birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları. Üçü azad olunmuş ərazilərdə olmaqla Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq.Nəhəng potensialdan istifadə nəhəng şəxsiyyət, düşünülmüş taktika, güclü məntiq və uzaqgörən siyasət tələb edir. Məhz belə nadir şəxsiyyətin, müzəffər Ali Baş komandanın Azərbaycana rəhbərliyi gələcək nəsillərə işıqlı gələcək və firavanlıq vəd edir.Dünya xəritəsində Azərbaycanın yeni şəkli çəkilir-ərazi bütövlüyünü bərpa edən parlaq və enerji dolu Azərbaycan!Bu həftə isə Bakı da bir beynəlxalq tədbirin mərkəzinə çevriləcək-
Formula 1 Azərbaycan Qran Prisi 2022.Yeni zəfərlərə doğru, müzəffər ÖLKƏ!

Elnurə Cavadzadə,Mehdiabad 4 saylı tam orta məktəbin direktoru,
Filologiya üzrə elmlər doktoru, professor

Şərhlər

XƏBƏR LENTİ