SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu rayonlarda qaz kəsiləcək

Bu rayonlarda qaz kəsiləcək

Tarix:

29-11-2021, 20:15

/ 571 dəfə oxundu.
Bu rayonlarda qaz kəsiləcək

Sabah iki rayonun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı sabah saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.

Şərhlər

XƏBƏR LENTİ