SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ədliyyə Nazirliyinin qoruduğu dələduzun iddiası apelyasiyada rədd edildi - iki icra qurumu isə...

Ədliyyə Nazirliyinin qoruduğu dələduzun iddiası apelyasiyada rədd edildi - iki icra qurumu isə...

Tarix:

23-06-2021, 09:49

/ 378 dəfə oxundu.
Ədliyyə Nazirliyinin qoruduğu dələduzun iddiası apelyasiyada rədd edildi - iki icra qurumu isə...

Azərbaycanda məhkəmə qərarlarının icra olunması, yaxud icra olunmaması ilə bağlı elə tragikomik vəziyyətdir ki, buna “icra işgəncəsi” demək lazımdır. Hətta deyərdik ki, olmayan toylar vaxtı utanmasan oynamağa nə var ki?!
Söhbət ondan gedir ki, vətəndaş Sakin Ağayevin və onun ailə üzvlərinin pozulmuş hüquqları Bakı Apelyasiya Məhkəməsi tərəfindən bərpa olunsa da, Ədliyyə Nazirliyinin iki qurumu – Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsi bir dələduzun əlində əsir-yesir qalaraq, onun çirkin maraqları naminə ölkə qanunlarını ayaqlar altına ataraq yalanı, saxtakarlığı davam etdirirlər.
Rubrika.Az ölkədə misli görünməmiş bir fırıldaqçılıq, Fikrət İbrahimov adlı şəxsin dələduzluğu barəsində və ona qahmar çıxmış Pirallah rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlunun cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, birtərəfli qaydada imzalanan saxta “müqaviləyə” hüquqi sənəd kimi istinad etməklə çıxardığı “qətnamə”sinin saxtakarlığı haqda dəfələrlə əsaslı sübutlar ortaya qoyub.
Ancaq qanunsuzluqlar heç bununla da sona yetmir. Bu saxta məhkəmə qərarı paralel olaraq həm Azərbaycanda, həm də Qazaxıstanda icraya yönəldilib. Məhkəmə qətnaməsi dövlətimiz adından verildiyi üçün Qazaxıstan dövlət orqanları Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə onu təftiş etmədən tanıyaraq tam icra olunub və icra işi tam yerinə yetirilməsi barəsində hələ 03.03.2020-ci il tarixdə müafiq qərar qəbul edilərək tərəfləri məlumatlandırıb. İcra işinin icra olunması barədə Qazaxıstan hökuməti tərəfindən Azərbaycan Ədliyyə Nazirliyinə rəsmi bildiriş göndərilib. Yəni Pirallahı rayon Məhkəməsinin qətnaməəsi saxta olsa belə, Qazaxıstan dövlət orqanları tərəfindən artıq icra olunduğuna görə Azərbaycanda eyni qətnamə üzrə paralel olaraq aparılan icra işinə xitam verilməlidir. Bir qətnamə üzrə icra işi ancaq bir dəfə icra oluna bilər.
Lakin Ədliyyə Nazirliyi və onun icra şöbələri Azərbaycanda eyni qətnamə üzrə paralel olaraq açılmış icra işinə yenə də xitam vermirlər, vətəndaş Sakin Ağayev və onun ailə üzvlərinə qarşı qoyulan məhdudiyyətləri aradan qaldırmayaraq artıq üç ildir ki onları girovluqda saxlayırlar.
Biz hüquqi bir dövlətdə yaşadığımızı güman edərək Rubrika.Az olaraq bütün bu saxtakarlıqları, qanunsuzluqları, məmur özbaşınalıqlarını açıq-aydın faktlarla ortalığa qoymuşuq.
Amma Baş Prokurorluğu məlumatlandırmaqla qanuni tətbirlərin görülməsini, dələduzluq əməlləri tam sübuta yetirilmiş Fikrət İbrahimov və onunla cinayət əlaqəsinə girmiş hakim Əkrəm Qəhrəmanov haqda tədbir görülməsini gözlədiyimiz halda eyni iş üzrə növbəti qanunsuzluqlarla rastlaşırıq.
Belə ki, indi bu fırıldaqçı İbrahimov Fikrət Vəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ağayev Sakin Abdulhüseyn oğlundan, Ağayeva Dilarə Sakin qızından və Rəhimli Vüsalə Mahmud qızından Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi icra olunan tarixədək 698 000 ABŞ dolları pul məbləğinin ödənilməsini gecikdirdiklərinə görə, gecikdirilmiş vaxt üçün illik beş faiz, habelə əldən çıxmış fayda qismində 100 000 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edib.
Bu misilsiz həyasızlığın son həddi idi. Çünki Pirallah rayon məhkəməsinin çıxardığı qətnamə Qazaxıstanda icra olunub. Qərarın icra olunması təsdiqini də tapıb. Baxmayaraq ki, Pirallahı məhkəməsinin qərarı haqsız idi, S.Ağayevin və ailə üzvlərinin iştirakı olmadan keçirilmişdi, onların məlumatı olmadan qətnamə çıxarılmışdı.
Yəni həm məhkəmə, həm Ədliyyə Nazirliyi Fikrət İbrahimovu yüksək səviyyədə himayə edərək onun tərəfini saxlamışdılar. Bütün bu haqsızlıqlara, özbaşınalıqlara rəğmən Ağayevlər ailəsi tərəfindən Pirallahı məhkəməsinin qətnaməsi Qazaxıstanda müvafiq olaraq icra edilib.
Bununla belə, F.İbrahimov onu müdafiə edən Ədliyyə Nazirliyindəki yüksək çinli məmurların imkanlarından istifadə edərək dələduzluğunu axıra qədər davam etdirib. O, 698 000 ABŞ dolları pul məbləğinin ödənilməsini “gecikdirdiklərinə” görə, gecikdirilmiş vaxt üçün illik beş faiz, habelə əldən çıxmış fayda qismində 100 000 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edib. Lakin cavabdeh Ağayev Sakin Əbdülhüseyn oğlu tərəfindən bu məsələ ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılıb, onun haqqı təmin edilib.
Belə desək, Bakı Apelyasiya Məhkəməsi 04.06.2021-ci il tarixli 2(103)-4948/2021 saylı Qətnaməsi ilə təsdiq edib ki, Pirallahı məhkəməsinin çıxardığı qətnamə Qazaxıstanda icra olunub, və icra işi qarşılıqlı borcların zaçota alınması yolu ilə icra olunduğu üçün heç bir faiz və əldən çıxmış faydadan söhbət gedə bilməz.
Ona görə də qərarın gecikdirilməsi barədə iddia yalandır, təmin oluna bilməz və hər hansı faiz tutulmasına əsası yoxdur. Odur ki, iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ləğv edilib, fırıldaqçı İbrahimov Fikrət Vəli oğlunun iddiası rədd olunub.
Apelyasiya şikayəti təmin edilmiş Sakin Ağayevin sözlərinə görə, Pirallahı məhkəməsinin haqsız qərarı Qazaxıstanda icra edilməsinə, bunun artıq apelyasiyada təsdiq edilməsinə baxmayaraq, yenə də Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsi F.İbrahimovun çirkin və qanunsuz maraqları naminə icra işinə xitam vermirlər.
Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisi Fuad Nəbiyev icra işinə xitam verməməsinə səbəb kimi Qazaxstan Respublikasının Aktau şəhəri İcra İdarəsinin 03.032020-ci il tarixli qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmamasını göstərir.
S.Ağayev qeyd edir ki, bu icra məmurunun savadsızlığının və rüşvətxorluğunun bariz nümunəsidir: “Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiya qanunlarına əsasən icra işinin icra olunması dair qərarın tanınmasına heç lüzum yoxdur. Bu sadəcə Fuad Nəbiyevin fırıldaqçı Fikrət İbrahimovun maraqlarına qulluq etmək üçün uydurduğu bəhanələrdir. Fuad Nəbiyevin bu qanunsuz əməlləri məhz prokuror orqanları tərəfindən araşdırılaraq aradan qaldırılmalı və onun qanunsuz əməllərinə dair müafiq qərar qəbul olunmalıdır”.
S.Ağayev deyir ki, digər tərəfdən Bakı Apelyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli 2(103)-4948/2021 saylı Qətnaməsi ilə Pirallahı məhkəməsinin çıxardığı qətnamənin Qazaxıstanda icra olunması faktı öz təsdiqini tapıb: “Bəs indi niyə həmin qurumlar, yəni Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsi bu icra işinə xitam vermirlər? Bu qurumlar Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərarı tanımaq isəmirlər? Bütün bunlar Fikrət İbrahimovun dələduzluq əməllərinə şərik çıxmaq deyilmi?
Qazaxıstanda bu qərar icra edilib. Bəs bir qərar neçə dəfə icra edilməlidir ki, Ədliyyə Nazirliyinin qurumları buradakı icra işinə xitam versinlər? Bu işlə əlaqədar, Prezident yanındakı İşçi Qrupunda olan 11 nəfər tanınmış hüquq müdafiəçisi araşdırma apararaq, Fikrət İbrahimovun dələduz olduğunu, çıxarılan qərarların ədalətsiz və qanunsuz olduğunu göstərməklə dövlət rəhbərliyinə ünvanlanan müraciətdən və Qazaxıstan dövlətin ölkəmizə ünvanlanan rəsmi notadan sonrada bu qanunsuzluqların davam etdirilməsi ölkə imicinin və qanunlarının, bir dövlət məmuru ilə qohumluq əlaqələri olan fırıldqçının çirkin maraqlarına qurban vermək deyilmi?
Niyə Fikrət İbrahimov qanunsuz və çirkin əməlləri bu səviyyədə qorunmalıdır? Fikrət İbrahimov özü qarşı tərəfə borclu olduğu halda, törətdiyi fırıldaq əməlinə görə cəzalanmalı olduğu halda, niyə qarşı tarəf cəzalandırılmalıdır?
Çünki o hansısa bir məmurun qohumudur? Bəs görəsən Fikrət İbrahimov kimi bir fırıldaqçının alətinə çevrilən dövlət məmurları və məhkəmə hakimləri bunu necə həzm edirlər? Bu axı həmdə bir əxlaq məsələsidir”.
Rubrika.Az

Şərhlər

XƏBƏR LENTİ