SOCAR-in vitse-prezidenti Mikayil İsmayılov jurnalisti məhkəməyə verdi
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov Sozcu.az saytının rəhbəri , “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Elşən Əlisoya qarşı məhkəmə iddiası qaldırıb.
Bu haqda Elşən Əlisoy məlumat verərək, bunları deyib:
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov mənə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148 – çi maddəsi ilə xüsusi ittiham qaydası ilə məhkəmə iddiası qaldırıb. Səbəb kimi onun haqqında mənə məxsus olmayan “Azadsoz.com” adlı internet saytında yayımlanan yazının özümə məxsus Feysbuk səhifəmdə, ” Bu qədər sərvəti neynir bunlar ilahi… Mikayıl İsmayılov SOCAR -ın 12 vitse-prezidentindən biridir. Mən buna vəhşilik və acgözlük deyirəm”,- başlığı ilə yazıb paylaşmağımı göstərir.
Elşən Əlisoy
Mikayıl İsmayılov haqda “Azadsoz.com”saytında yayımlanan yazıda onun bir xanım aparıcı və bir xanım modeli saxlaması haqda və onun əldə etdiyi bəzi əmlak haqda yazıya yer verilmişdir. Mən bir daha bəyan edirəm: kimin kimi saxlanmasının mənim üçün heç bir önəmi yoxdur, sadəcə maaşı ilə sərvəti uyğun gəlməyən oliqarxların dövlətdən topladığı sərvətlər mənim üçün önəmlidir. Çünki , o sərvətlər Azərbaycan xalqınındır və o boyda milyardlar toplamaq acgözlük və talançılıqdır.
Mikayil İsmayılov
Qeyd edirəm ki, SOCAR haqda rəhbəri olduğum “sozcu.az” saytında yayımlanan hər bir yazıdan sonra, “Sozcu.az” saytı haker hücumlarına hədəf olub və sayt dağıdılıbdır. Bu gün SOCAR-ın vitse-prezidenti tərəfindən mənə qarşı qaldırılan məhkəmə iddiası da, “Sozcu.az” saytının susdurulmasına hesablanıb.
Məhkəmə 21 iyun saat 15:00-da Ağsu rayon məhkəməsində keçiriləcək.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir