SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Pentensiar Xidmətin 46 minlik ŞÜBHƏLİ TENDERİ – Qalib ötən il avtomobil oğurluğuna görə SAXLANILIB?

Pentensiar Xidmətin 46 minlik ŞÜBHƏLİ TENDERİ – Qalib ötən il avtomobil oğurluğuna görə SAXLANILIB?

Tarix:

15-06-2021, 16:08

/ 682 dəfə oxundu.
Pentensiar Xidmətin 46 minlik ŞÜBHƏLİ TENDERİ – Qalib ötən il avtomobil oğurluğuna görə SAXLANILIB?

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Dia.az yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mantı LM Group” MMC (VÖEN- 1505345531) olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Mantı LM Group” MMC Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında və 11 saylı cəzaçəkmə müəssisəsində abadlaşdırma işləri görəcək və görülən işlərin qarşılığında 46 min 191 manat alacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda “Mantı LM Group” MMC -nin tender müsabiqəsindən (elan 31.05.2021-ci ildə açıqlanıb) cəmi 3 ay əvvəl – 27.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə cəmi 2 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Nərimanov rayonu, E.İsakzadə, ev 10/8-də yerləşən şirkətin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.

Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, təxminən eyni tarixdə, fərqi ünvanlarda Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb.

Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi şirkətlər bunlardı:

Rzaquliyev İrşad Elham oğlu ilə bağlı diqqət çəkən başqa bir məqam isə 2020-ci ildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb. Açıqlanan rəsmi məlumatda qeyd olunub ki, Rzaquliyev İrşad Elham oğlu Babayev Qəşəm Əliqəmən oğluna məxsus avtomobili Yəhya Bakuvi küçəsi 5 ünvanında oğurlayıb. Rzaquliyev İrşad Elham oğlu avtomobil ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Onun üzərindən narkotik maddə sayılan kakos aşkar edilib. Məlum olub ki, saxlanılan şəxs əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb. Tamah ona güc gəldiyi üçün avtomobili oğurlayıb. O avtomobili oğurlamayacağını sadəcə içşərisində maqnitafonu satıb özü üçün narkotik vasitə alacağını bildirib. Maqnitafonu Sabunçu bazarında satan şəxs özü üçün narkotik vasitədə əldə edib. Lakin keçirilən əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Tenderin qalibi olan olan Rzaquliyev İrşad Elham oğlu ilə narkotik və avtomobil oğurluğuna görə saxlanılan Rzaquliyev İrşad Elham oğlunun eyni şəxs olub-olmadığını öyrənmək üçün Pentensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqı saxladıq. Qurum rəsmisi bu bardə onda heç bir məlumatın olmadığını bildirməklə kifayətləndi. Pentensiar Xidmətdə tenderlərin keçirilməsinə məsul olan əməkdaşı isə məsələ ilə bağlı açıqlma verəcəklərini bildirsə də heç bir bir açıqlma verilmədi.

Yeri gəlmişkən onu da qeyd edək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin qeydiyatda olduğu ünvanda qısa müddət ərzində bir-neçə şirkət də qeydiyyata alınıb:



Şərhlər

XƏBƏR LENTİ