SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Nə Zəngilana qaytarırlar, nə də yaşamağa yer verirlər” - Köçkün ailəsi “Qaçqınkom” və icra hakimiyyətindən şikayətçidir

"Nə Zəngilana qaytarırlar, nə də yaşamağa yer verirlər” - Köçkün ailəsi “Qaçqınkom” və icra hakimiyyətindən şikayətçidir

Tarix:

8-06-2021, 17:21

/ 2 274 dəfə oxundu.
"Nə Zəngilana qaytarırlar, nə də yaşamağa yer verirlər” - Köçkün ailəsi “Qaçqınkom” və icra hakimiyyətindən şikayətçidir

27 il öncə doğma torpaqlarından didərgin düşmüş Zəngilandan olan keçmiş məcbur köçkün ailəsi yenidən evsiz qalıb.

Suraxanı rayonu Xanlar Ələkbərov küçəsi, ev 41, mənzil 7-də məşkunlaşan ailə növbəti problemlə üzləşib.

Cebhe.info-ya müraciət edən Raya Əmirovanın sözlərinə görə, 2020-ci ilin may ayında İcra Hakimiyyətindən evlərin qəzalı vəziyyətdə olduğu bildirilib:

“Dedilər ki, təcili olaraq sökülməlidir. Bizə dedilər ki, məcburi köçkünlər ilin sonuna qədər evlə təmin olunacaq, yerli sakinlərə isə pul veriləcək. Daha sonra yerli sakinlərə pul verildi. Müharibədə torpaqlarımız işğaldan azad edildiyinə görə evlə təminat məsələsi dayandırıldı. Bizə demişdilər ki, ev alana qədər bizə kirayə pulu verəcəklər. Məbləğ də 250 manat demişdilər. May ayında 250 manatı nəğd şəkildə bizə verdilər. Sonra dedilər ki, kimin evində kirayədə qalırsınızsa, onunla müqavilə bağlayın, müqavilə bağlayandan sonra sizə pul veriləcək. Kirayə müqaviləsinə görə bizə 1 ay pul vermədilər. Müqavilə bağlayandan sonra dekabr ayına qədər kirayə pulu verildi”.

Raya xanımın sözlərinə görə, hazırda kirayə pulları ödənilmədiyi üçün çətin vəziyyətdə qalıblar. Öz ailəsi ilə kirayə qaldıqları evdən çıxmağa məcbur olub:

“Dekabrdan bu günə qədər bizə kirayə pulu verən yoxdur. Ev sahibi bizi evdən çıxartdı. Qızım xərçəngdən əziyyət çəkir, yoldaşım da rəhmətə gedib. Himayəmdə iki nəvəm və bir qızım var. Qızımın xəstəliyi ilə bağlı həkimə, dərmana çox pul veririk. Kirayə, günlük xərclər, müalicə. Hansına pul çatdırım?”

R.Əmirovanın sözlərinə görə, şikayətləri ilə bağlı heç kimin onları qəbul etmir:

“Hara müraciət edirik, səsimizə səs verən yoxdur. Dəfələrlə İcra Hakimiyyətində olmuşuq. Orada bizi qəbul etmədilər. Dedilər ki, rayonunuz alınıb, öz evinizə köçün. “Qaçqınkom”a da getmişəm. Orada da bizi qəbul edən olmadı. Gedəndə də bir söz bilirlər: “Pandemiyadır qəbul edə bilmərik”. Məktub yazırıq, cavab gəlmir. Hara gedirik baxan yoxdur. Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdəm. Cavab gəldi ki, “Qaçqınkom”a məsələ ilə bağlı tapşırıq verilib. “Qaçqınkom” sonradan bizə gülünc bir məktub göndərib. Məktubda yazıblar ki, torpaqlarımız işğaldan azad edilib siz oraya köçürüləcəksiniz. Köçməyə köçək, amma ora köçənə qədər harada qalaq?”



Şərhlər

XƏBƏR LENTİ