SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident sərəncam imzaladı - 20 milyon manat ayrıldı

Prezident sərəncam imzaladı - 20 milyon manat ayrıldı

Tarix:

29-05-2021, 15:01

/ 501 dəfə oxundu.
Prezident sərəncam imzaladı - 20 milyon manat ayrıldı

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayrılıb

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 20,0 (iyirmi) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Şərhlər

XƏBƏR LENTİ