SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ağstafada əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 2.5 milyon manat ayrılıb

Ağstafada əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 2.5 milyon manat ayrılıb

Tarix:

17-06-2020, 13:12

/ 969 dəfə oxundu.
Ağstafada əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 2.5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağstafa rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağstafa rayonunun Muğanlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 2,5 milyon (iki milyon beş yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ