SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ali Məhkəmə gizlin çıxardığı qərarını verməkdən imtina edir - “Məzhəkə-hoqqa sirki”nin “ali hoqqabazlıq şousu”

Ali Məhkəmə gizlin çıxardığı qərarını verməkdən imtina edir - “Məzhəkə-hoqqa sirki”nin “ali hoqqabazlıq şousu”

Tarix:

24-05-2021, 15:14

/ 621 dəfə oxundu.
Ali Məhkəmə gizlin çıxardığı qərarını verməkdən imtina edir - “Məzhəkə-hoqqa sirki”nin “ali hoqqabazlıq şousu”

Ağsu RİH-in, Pirhəsənli kənd icra nümayəndəliyinin və bələdiyyəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kəndin yeganə zabit Qarabağ əlilinin 22 ildir istifadəsində olan torpaq sahəsini 2019-cu ilin iyununda Heydər Əliyev fondunun adından dələduzluq yolu ilə ələ keçirmələrinə 2 ildir hüquqi qiymət verilmir. Qazinin ali dövlət hakimiyyəti və hüquq orqanlarının, Heydər Əliyev fondunun rəhbərliyinə müraciətlərinə cavab olaraq Ağsu RİH-dən bildirilib ki, fondun icraçı direktorunun (indi həm də Prezident köməkçisi Anar Ələkbərov ) zəngi MƏHZ (?) kəndin yeganə torpaq payı almayan, yeganə zabit Qarabağ qazisinin 22 ildir istifadə etdiyi torpaq sahəsində uşaq bağçası tikməyə “səbəb olub”. Nə Azərbaycan Respublikasının Konstitusiyası, nə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi yada düşüb, nə də “Torpaq islahatı haqqında” , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” , “Hərbi qulluqçuların statusu haqqında” qanunlar. Qazinin torpağının altını üstünə çevirən məmur-sahibkarların deməyindən belə çıxıb ki, “yuxarı”dan telefon zəngi qanundan da, Prezidentdən də, Konstitusiyadan da üstündür. Ağsudakı torpaq alverinə Bakıda etiraz etmək niyyətini bildirən qaziyə Ağsu RİH-in artıq keçmiş müavini R.Novruzov rəsmi məktubla cavab verib ki, torpaq alverinə etiraz etsə , həbs ediləcək. Ay gidi dünya, haqqı tapdalananı tapdalayan məmur (lar) həbslə hədələyir! (?)

Ağsu RİH -in Konstitusiyaya hörmətsizliyi qazinin məhkəmə təminatı hüququna qadağasında daha kobud formada üzə çıxıb. Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarov qazinin 2 ayrı iddiasını tərəfləri çağırmadan mümkün saymayıb və apellyasiya instansiyası da aşağı instansiyanı haqlı sayıb. 23.10.2019-cu il tarixli Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev, Mübariz Hüseynov) qərardadından Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün ərizə verən iddiaçı Qarabağ qazisinin ərizəsinə baxılması, kassasiya müddətinin 10 gün olmasına baxmayaraq, 1 aydan sonraya təyin olunub . Və. ..ilyarımdır Ağsudan ayrılan vəkil Ziya Kazımov 27.11.2019 tarixli qərardadı icra edib kassasiya şikayətini yazmaqdan imtina edir. Vəkillər Kollegiyası isə vəkilin hərəkətində qanun pozuntularını “tapmadığını” bildirib.

Qazinin 3-cü iddia ərizəsi Rüfət Məcidova verilib və bu hakim iddiaçı savaş əlilinin bir aylıq şikayətləri sonucunda işə “baxmağa” məcbur olaraq 01.11.2019 tarixli qərardadla tərəfləri çağırmadan iddianı mümkün saymayıb ki, məhkəmənin, cavabdehlərin ünvanı, adı göstərilməyib və Ağsu RİH başçısı “fiziki şəxs” olduğundan iddia Ağsu rayon məhkəməsinə verilməlidi! (?) Apellyasiya instansiyasının 2 hakiminə (Gündüz Abbasov və Rövşən Rəfiyev) qazinin qospitaldan göndərdiyi etiraz şikayətə baxış günü 05.12.2019 -cu ildə təmin edilib və elə həmin gün də yeni heyət (sədr Vəzirxan Məlikov, hakimlər Elçin Hüseynov və Ayaz Mahmudov ) tərəflərin iştirakı olmadan aşağı instansiyanın qərəzli, savadsız qərardadını qüvvədə saxlayıb. Gerçəkdə Şəki inzibati-iqtisadi və apellyasiya məhkəmələrinin Ağsu RİH başçısının və digərlərinin vəkili rolunda çıxış etməsi üzə çıxır. Eyni gündə hakimlərə etiraz qəbul edilib və anında işlə tanış olmayan digər iki hakim işə baxıb? Biz hələ qospitalda yatan iddiaçı qazinin vəkillə təminat barədə müraciətinə də hər 2 instansiyanın rədd cavabı verməsini demirik. Heç onu da demirik ki, apellyasiya instansiyası (Gündüz Abbasov, Rövşən Rəfiyev və Mübariz Hüseynov ) hətta (!) vəkil ayrılmasından imtina barədə qərardaddan kassasiya şikayəti verilə bilməzliyini də qüvvəyə mindirib (?).

Nə isə, qonudan uzaqlaşmayaq, 05.12.2019 tarixli qərardaddan kassasiya şikayəti verməyə Bakıdan 7 saylı Sabunçu vəkil bürosundan ayrılan vəkil şikayəti vaxtında yazıb və 27.01.2020-ci ildə Ali Məhkəməyə təqdim edib. Bir il ərzində Ali Məhkəmədən səs-soraq çıxmayıb . Ali dövlət hakimiyyəti orqanları, Ombudsman, Məhkəmə Hüquq Şurasına edilən şikayətlərdən sonra Ali Məhkəmədən 21.02.2021 tarixli məktubla qəbul və müraciətlərlə iş şöbəsinin müdir müavini Vəsilə xanım Əsədova

bildirib ki, 17.03.2020 tarixli qəti qərar ilə qazinin şikayəti təmin olunmayıb. Qərarın rəsmi qaydada verilməsini tələb edən iddiaçıya 15.03.2021-ci ildə qərar elektron qaydada göndərilib, lakin yenə də rəsmi qaydada verilmir ki, Konstitusiya Məhkəməsinə müraciət edə bilsin. 21.04.2021-ci ildə 0559719989 nömrəsindən Ali Məhkəmədən zəng etdiyini deyən xanım qərarın həmin gün göndəriləcəyini desə də, bu baş verməyib. Bir neçə gün öncə Ali Məhkəmədən Ombudsman Aparatına bildirilib ki, 17.03.2020 tarixli qərar (sədrlik edən Kamaləddin Bədəlov ) 2 aydan sonra 22.05.2020-ci ildə, yəni bir il qabaq iddia tərəfinə göndərilib. Bu bilginin özü Ali Məhkəmə səviyyəsində özbaşınalığı ortaya qoyur. Nədən Mülki Prosessual Məcəllənin 419.3 maddəsinə görə, Ali Məhkəmənin qərarı 1 ay ərzində tərəflərə göndərilməlidir. Eyni zamanda, qərar qəbul ediləndən sonra elektron variantı e-məhkəmə portalında yerləşdirilməlidir. Maddi hüquq bir yana, Ali Məhkəmə də prosessual hüquq normalarını aşağı instansiyalarla qeyri-prosessual münasibətə girib pozursa, hansı hüquqdan, məhkəmə təminatından danışmaq olar? Danışa biləcək yeganə şey odur ki, ölkədə məhkəmə hüquq sistemi yox, “məzhəkə -hoqqa sirki” mövcuddur və sirkdə ali səviyyədə “hoqqabazlıq şousu” sərgilənir . Nə yazıq, son bir ildə yayılan pandemiya məhkəmə-məzhəkə şoularının da gizlin keçirilməsinə gətirdiyindən “ali hoqqalardan” qiyabi xəbər tutulması geniş yayılıb.

...Qarabağ qazisinin torpağını telefon zəngi ilə işğal edənlər məhkəmələrə də zənglə sifariş verirlər?

Məğrur Bədəlsoy

Şərhlər

XƏBƏR LENTİ