SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı

İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı

Tarix:

19-05-2021, 12:14

/ 509 dəfə oxundu.
İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
 
Sərəncamla Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.38.3-cü yarımbəndində göstərilmiş 1 milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ