XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İlham Əliyev Naxçıvanın Nazirlər Kabinetinə vəsait ayırdı

İlham Əliyev Naxçıvanın Nazirlər Kabinetinə vəsait ayırdı

İlham Əliyev Naxçıvanın Nazirlər Kabinetinə vəsait ayırdı
23-04-2020, 12:15

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.46.5-ci yarımbəndində göstərilmiş bir milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.