SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bəy hamamı”nda 8 nəfər cərimələndi

"Bəy hamamı”nda 8 nəfər cərimələndi

Tarix:

9-04-2021, 11:05

/ 621 dəfə oxundu.
"Bəy hamamı”nda 8 nəfər cərimələndi

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Şərhlər

XƏBƏR LENTİ