SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - 7 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - 7 nəfər vəfat etdi

Tarix:

10-03-2021, 17:15

/ 555 dəfə oxundu.
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - 7 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 237 775 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 462, bu günə qədər isə ümumilikdə 2 671 613 test icra olunub.

Şərhlər

XƏBƏR LENTİ