SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Brend mağazalarda paltarın barkodu saxtalaşdırılır? - ARAŞDIRMA

Brend mağazalarda paltarın barkodu saxtalaşdırılır? - ARAŞDIRMA

Tarix:

5-03-2021, 09:18

/ 838 dəfə oxundu.
Brend mağazalarda paltarın barkodu saxtalaşdırılır? - ARAŞDIRMA

Hər bir müştərinin maliyyə vəziyyətindən aslı olmayaraq, aldığı məhsulun keyfiyyətini və harda istehsal olunmasını bilmək hüququ vardır. Müştərilər bunu barkod vasitəsilə müəyyənləşdirə bilər. Barkod 1949-cu ildə yaranıb, lakin məlumat oxumaq üçün xüsusi avadanlıq olmaması müxtəlif sahələrdə inkişaf vaxtında həyata keçirilməsini qarşısını aldı.

Bu gün demək olar ki, bütün istehsal məhsullarının öz unikal kodu var. Günümüzdə mağazaların əksəriyyəti bir barkod olmadan məhsulları qəbul etmir.

Barkodlar əvvəllər marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanmışdı. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu yoxlaya bilərsiniz.

Göründüyü kimi, barkodun üzərində malın qiyməti ilə əlaqəli hər hansı bir məlumat yoxdur. Kassir barkodu oxutduqda siqnal sistem daxilində mərkəzə göndərilir, buradakı kompüter barkod nömrələrinə görə daxil olunmuş və hər zaman dəyişdirilə bilən qiymət məlumatlarını dərhal kassaya göndərir. Bu mərkəz mağazadakı malların qiymətlərini hər zaman dəyişdirmə imkanını təmin etməkdədir.

Saxta barkodlarla bağlı redaksiyamız çoxsaylı şikayətlər daxil olur. Oxucularımız bildirir ki, məşhur geyim brend mağazalarının əksəriyyətində məhsulun üzərinə saxta barkodlar yerləşdirilib. Məsələn, geyim mağazasında alacağımız paltarın barkodunu oxutduğumuz zamanı maşın hissəsinə aid barkod göstərilir. Ölkəyə belə saxta malların daxil olmasının səbəbi ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır.

Mövzuyla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Eyyub Hüseynov Hurriyyet.org-a müsahibəsində bildirib ki, xarici məhsulun barkodunun başqa ad altında yerləşdirilməsi malın şübhəli, bəzən də Azərbaycanda istehsal olunmağının sübutudur:

“Barkodun malın keyfiyyətliylə heç bir əlaqəsi yoxdur. Bu malın satışını və anbarlarda yerləşdirilməsini izləmək üçün yaradılmış bir sistemdir. Lakin, məhsulun barkodunda başqa məhsulun barkodu çıxırsa, bu istehlakçı hüquqlarının pozulmasıdır. Bu da malın üzərinə barkodun düzgün yerləşdirilməməsinin sübutudur. Nəticədə, istehlakçı saxta barkodla aldadılır. Çünki, həmin paltar barkodunda maşın hissəsinə aid barkod yerləşdirilirsə məhsulla bağlı şübhələr yaranmağa başlayır. Barkodun oxunmağı yaxşı cəhətdir. Bu o deməkdir ki, barkod qeydiyyatdan keçib. Lakin, barkodun başqa ad altında yerləşdirilməsi malın şübhəli, bəzən də Azərbaycanda istehsal olunmağının sübutudur. Belə halda saxta barkodlu məhsulun Azərbaycanda istehsal olunması istisna olunmur. Demək olar ki, Azərbaycanda bu cür sexləri görə bilərik. Nəticədə, onlar da saxta barkodlar yapışdırmaqla məhsulu xarici mal adı altında satırlar. Əgər, vətəndaş bu cür hallarla rastlaşarsa, İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidmətinə məlumat verməlidir. Təəssüflər olsun ki, illər boyu bu qurum işlərini düzgün yerinə yetirmir. Onların əsas vəzifəsi istehlakçı hüquqlarını qorumaqdır. Artıq, orda rəhbərlik dəyişib. Yeni rəhbərlikdən bu işdə ciddi addımlar gözləyirik. Köhnə komanda dəyişməlidir. Təsir altında olmayan bir quruma çevrilməlidir. Adətən, məhsul gömrükdən keçən zaman məhsulun tarixinə, qiymətinə və vergisinə baxılır. Hazırda sənayə mallarının ölkəyə idxalında vəziyyət belədir”. //hurriyyet.az//

Şərhlər

XƏBƏR LENTİ