XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Yenə də gömrük - "70 mini elə deyirlər ki, elə bil 700 manatdı" - Video

Yenə də gömrük - "70 mini elə deyirlər ki, elə bil 700 manatdı" - Video

Yenə də gömrük - "70 mini elə deyirlər ki, elə bil 700 manatdı" - Video
18-02-2021, 17:10

"Sahibkarlıq fəaliyyətinə yeni başlamışam. Ancaq böyük maneçiliklərlə rastlaşıram. Ən böyük problemim isə gömrüklə bağlıdır".

Bu sözləri Yeniavaz.com-a açıqlamsında sahibkar, “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva deyib.

Xanım sahibkar bildirib ki, ölkəyə gətirmək istədiyi qida əlavələrinə yüksək gömrük rüsumu tətbiq edirlər:

“16 min avroluq məhsulun gömrük rüsumu 15 min manat edir. Lakin bu məhsulun hesablanma dəyərinin 70 min manat olduğunu söylədilər. Narazılığımı bildirdikdə isə dedilər ki, Komitənin qərarı belədir. Bu haqda Komitəyə şikayət etdim, cavabında araşdıracaqlarını bildirdilər. Problemin həlli üçün Səfər Mehdiyevə də şikayət məktubu ünvanlamışam. Mən ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm. İnanıram ki, mənim səsimi eşidəcəklər. Yeni bir sahibkar kimi mənə dəstək olacaqlarına inanıram”.



Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, buna səbəb ölkə ərazisinə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində və ya göndərən ölkədə satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsidir:

“Son dövrdə aparılmış təhlillər nəticəsində bir çox hallarda ölkə ərazisinə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində və ya göndərən ölkədə satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsi müəyyən olunub. Bu səbəbdən aşkar olunmuş risklərin minimallaşdırılması məqsədilə həmin malların gömrük dəyərləndirilməsi zamanı ardıcıllıq prinsipinə uyğun olaraq “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən eyni malların Azərbaycan Respublikasındakı satış qiyməti əsas götürülür və Qanuna əsasən həmin qiymətdən aşağıdakı məbləğlər çıxılır:

- idxal edilmiş eyni sinif və ya növ malların gömrük ərazisində satışı ilə əlaqədar ödənilən və ya ödənilməli olan komissiya haqları və ya həmin malların satışı ilə əlaqədar gəlir götürmək və ümumi xərcləri ödəmək üçün adətən edilən əlavələr;

- gömrük ərazisində daşınma, yüklənmə, boşaldılma işlərinə və sığortaya adətən sərf olunan xərclər;

- malların idxalı və satışı ilə əlaqədar gömrük ərazisində ödənilməli olan gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin məbləği.

Sadalanan məbləğlər çıxıldıqdan sonra müəyyən olunan gömrük dəyərinə uyğun gömrük ödənişləri hesablanır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.