SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Gloria Palace MTK “ŞƏMS” körpələr evini belə uçurtdu - FOTOLAR

"Gloria Palace MTK “ŞƏMS” körpələr evini belə uçurtdu - FOTOLAR

Tarix:

13-02-2021, 19:09

/ 749 dəfə oxundu.
"Gloria Palace MTK “ŞƏMS” körpələr evini belə uçurtdu - FOTOLAR

Cənab Prezident, məni və ailəmi xilas edin

15 il əvvəl tikilmiş təzə bina necə QƏZALI OLA BİLƏR ?

Bir neçə ildir “Pilot Layihə” adı altında tikinti şirkətləri vətəndaşların şəxsi mülkiyyətində olan obyektlərini, əmlakını heç bir icazə, məhkəmə qərarı olmadan uçurdur. Mülk sahiblərinə hədə-qorxu gəlir, “Get, hara əlin çatır şikayət elə” deyərək, heç bir qanuna, əndazəyə sığmayan hərərkətlər edirlər.

Cənab Prezidentimiz !

Sizin bunlardan xəbəriniz yoxdurmu? Bütün ölkə mediası bu barədə dəfələrlə yazıb. Siz bir çıxışınızda demişdiniz ki, bəzi məmurlar doğru-dürüst infornasiyanın mənə çatmasına imkan vermirlər.

Bəli, Cənab Prezident!

Bu MTK-ların arxasında duranlar Sizin harınlamış dediyiniz məmurlardır. Belə məmurlardan biri də Nəsimi RİH-nin başçısı Asif Əsgərovdur.

Cənab Prezident !

Hər gün redaksiyamıza əmlakı uçurdulan, qoçu dəstəsinin təzyiqlərinə məruz qalan vətəndaşlar müraciət edir. Şikayətin sayı bir deyil iki deyil..Vətəndaşların hamısı da son ümid yeri kimi Sizi görür.

Həmin müraciətlərdən birini Sizə və cəmiyyətə təqdim edirik.

Nəsimi rayonu, Mərdanov Q küçəsi, ev 129 ünvanda olan təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu yazır: “Mən Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 74(54) ünvanda yerləşən “ŞƏMS” körpələr evi və uşaq bağçasının təsisçisiyəm.

Bağça AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında Məktəbəqədər tədris müəssisəsi kimi fəaliyyət göstərir.

Cənab Prezident !

Bu ərazinin torpağı özümə məxsusdur və özəlləşdirilib. Və bağçanın yerləşdiyi bina cəmi 15 il əvvəl Bakı ŞİH-nin sərəncamı ilə tikilib və özəlləşdirilib, yəni şəxsi mülkiyyətimdir. Bağçanın yaxınlığında hündür binalar inşa edən Gloria Palace MTK bizə məktub göndərib: “ Sizin bina QƏZALI vəziyyətdədir, OFİSİMİZƏ gəlin”.

Cənab Prezident!

Cəmi 5 il əvvəl inşa edilmiş, fundamenti bir neçə metr olan uşaq bağçasının binası NECƏ QƏZALI OLA BİLƏR ?

Bu bina ötən əsrin 30-cu, 40-cı, hətta 70-ci illərində inşa olmayıb e, cəmi 5 ildir inşa olunub. Bax, cənab Prezident, bu MTK sahibləri insanların başına bu oyunları açırlar.

Bütün bunlar azmış kimi gecə bizim xəbərimiz olmadan MTK buldozerlə bağçanın divarını uçurdub, kameraları oğurlayıblar.

Mən bu barədə 102-yə, FHN-ə, Şəhər Arxitektura İdarəsinə, Nəsimi rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsəm də şikayətimə baxan olmayıb. Təkcə Nəsimi rayon prokurorluğundan gəliblər.

Mən tikinti aparan şəxslərə deyəndə ki, belə olmaz, şəxsi mülkiyyət toxunulmazdır. Mənə deyirlər ki, get hara istəyirsən şikayət elə.

Cənab Prezident !

Haqqı və hüququ tapdanan vətəndaşların son ümid yeri Sizsiniz. Xahiş edirəm məni və ailəmi bu harınlamış, hətta quduzlaşmış, qanun saymayan cinayətkarlardan xilas edəsiniz.

Hörmətlə, təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu.

Nuh.az
"Gloria Palace MTK “ŞƏMS” körpələr evini belə uçurtdu - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ