SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azəriqaz”dan sayğac qazlaması - İTTİHAM

“Azəriqaz”dan sayğac qazlaması - İTTİHAM

Tarix:

1-02-2021, 13:05

/ 618 dəfə oxundu.
“Azəriqaz”dan sayğac qazlaması - İTTİHAM

Bir neçə il əvvəl mexaniki qaz sayğaclarını elektron sayğaclarla əvəz etdilər. Bəzi nöqsanlarına baxmayaraq insanlar üçün çox əlverişli idi, hər kəs puluna görə qaz işlədə bilərdi.
İndi yenidən əvəzləmə başlayıb və bu dəfə tam tərsini edirlər. Elektron sayğacları mexaniki ilə əvəz edirlər. Bu da onsuz da səbri tükənmiş insanları tam sıradan çıxardır.
Reportyor.info xəbər verir ki, “Azəriqaz” ASC-nin bu dəyiş-düyüş siyasəti abonentləri boğaza yığıb. Sosial şəbəkə istifadəçiləri elektron sayğacların mexaniklərlə əvəzlənməsini narazılıqla qarşılayırlar.
Bu mövzuda tanınmış hüquqşünas Aslan İsmayılov da diqqət çəkən məlumatlar yazıb. Onun sözlərinə görə bu sayğaclarla manipulyasiya edilir, yəni istifadə ediləndən də çox yazılır.

“Mən də israr edirəm ki, bu növbəti fırıldaqdır və yenidən hansısa oliqarx-məmur gətirdiyi sayğacları sırımaq istəyir. Əgər belə deyildisə, onda istifadəyə yararlı sayğaclar niyə dəyişdirilir?!
Yox, indi bəzi məmurların israr etdiyi kimi, əgər elektron sayğaclar istifadəyə yararsız idisə, niyə dəyişdirilirdi?!
Deməli, birinci dəfə dələduzluq olmuşdu. Axı bu proses milyonlarla insanın narahatlığına səbəb olur və buna on milyonlarla pul sərf edilir.
Belə ağrılı prosesi nə üçün əvvəldən götür-qoy edib nəzərdə tutmamışdılar. Mən hələ qazın keyfiyyətini, bir gündə bir neçə dəfə kəsilib açılmasını, gün ərzində qazın gah şam kimi, gah da atəşgah kimi verilməsini demirəm”, – deyə A.İsmayılov qeyd edib.
Vəkil bildirib ki, özü də məhz bu kəsilmələr, stabil səviyyədə qazın verilməməsi illərdir çoxlu insan faciəsinə səbəb olur: “Bu günə qədər bir dənə məmur buna görə məsuliyyətə cəlb edilməyib.
Nəticə yenə təxmin etdiyim kimidir. Kimlərsə bilərəkdən, yaxud bilməyərkdən insanları narazı salmaq üzərində var gücləri ilə çalışırlar”.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev isə deyib ki, abonentlərə qaz borcu ilə bağlı bildiriş – SMS gələcək:
“SMS gələndən sonra 1 ay müddətində istifadə etdiyi qaz borcunu ödəməyən abonentə qaz verilməsi dayandırılacaq.
Artıq yaxın bir ay ərzində 700 min abonentə bildirişlər göndəriləcək. 30 gün ərzində borc ödənilməsə abonentin qazı dayandırılacaq.
Bildiriş veriləndən sonra 30 gün müddətinə qazı dayandırmaq səlahiyyəti yoxdur. Amma 30 gün ərzində qaz pulu ödənilməsə qaz verilişi dayandırılacaq”.

Şərhlər

XƏBƏR LENTİ