SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Suraxanı başçısından qazi anasına təhqir: “Yenə gəldin?” – Foto

Suraxanı başçısından qazi anasına təhqir: “Yenə gəldin?” – Foto

Tarix:

1-02-2021, 11:00

/ 656 dəfə oxundu.
Suraxanı başçısından qazi anasına təhqir: “Yenə gəldin?” – Foto

Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayədə yaşayan qazi Namazov Təhmasib İlqar oğlunun anası Hicran xanım icra başçısı Əziz Əzizovun qəbuluna gedib.
Reportyor.info-nun verdiyi məlumata görə, qazi anası oğunun dərman xərcləri üçün yardım istəyib. Suraxanı icra başçısı Ə.Əzizov isəonu görəndə “yenə sən gəldin?” deyərək Hicran xanımı azarlayıb.
İH başçıları qazilərin müalicəsini ödəməli deyil, bunu Müdafiə Nazirliyi və YAŞAT Fondu həyata keçirir.

Amma qazinin anasına təpinmək və onun ürəyini sındırmaq yerinə, Ə.Əzizov tapşıra bilərdi ki, Hicran anaya YAŞAT-a müraciət etməyi öyrətsinlər, ya da onların adından 8110-a zəng etsinlər.
Vətəndaşı qoyaq bir kənara, qazi anasına heç pul da vermə, bəs elementar qayğı, dərdinə köməkçi olmaq hissi harada qaldı?
Suraxanı icra başçısının bu laqeyd yanaşmasını, xalqı küsdürməsini əsla unutmaq olmaz. Məhz belə məmurlar müharibədən qalib çıxan ölkədə xalqı hakimiyyətlə üz-üzə qoyurlar.
Sosial şəbəkə istifadəçiləri Ə.Əzizovun bu addımını tənqid edərək yazırlar ki, 1963 təvəllüdlü bu mamontu vəzifəsindən azad etmək vaxtı çoxdan çatıb.
Suraxanı başçısından qazi anasına təhqir: “Yenə gəldin?” – Foto

Şərhlər

XƏBƏR LENTİ