SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - Şikayət

"Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - Şikayət

Tarix:

11-01-2021, 16:34

/ 1 137 dəfə oxundu.
"Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - Şikayət

"Günay Sığorta” şirkəti Azərbaycan Ordusunun hərbçisinə sığorta hadisəsi üzrə dəyən ziyanı ödəməkdən imtina edib.

Bu barədə vətəndaş Mürsəliyev Sidqi Balamirzə oğlu Mubahise.az-a müraciət edərək bildirib ki, ötən il noyabrın 26-da idarə etdiyi “Changan Eado” markalı 99 NB 617 nömrəli avtomobili digər bir 99 LD 858 nömrəli maşın tərəfindən vurulub.

Maşının təmirinə cavabdeh olan “Günay Sığorta” şirkəti isə təmiri ləngidir və sığortanı ödəməkdən boyun qaçırır. Qiymətləndirmədə isə real qiymətdən dəfələrlə aşağı rəqəm təyin edirlər. Əvvəlcə 500 manat dedilər, mən etiraz etdikdən sonra ekspert müayinəsi aparıldı və 705 manat təyin edildi.

Lakin mən müxtəlif servislərdə apardığım sorğuların nəticəsi və yararsız detalların yenisi ilə əvəz edilməsi nəticəsində təmirin minimum 1150 manata başa gələcəyi məlum oldu. Avtomobil yalnız rəsmi nümayəndəlik tərəfindən təqdim olunan detal ilə təmir olunmalı olduğu halda sığorta şirkəti bazardan alınan saxta və keyfiyyəti aşağı olan detalla təmir etməyə qərar verib”.
"Günay Sığorta” hərbçiyə ödəniş etməkdən imtina edir - Şikayət

Şərhlər

XƏBƏR LENTİ