SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "MedEra Hospital" hələ səngərdə olan əsgərin anasını işdən çıxardıb - BİABIRÇILIQ

"MedEra Hospital" hələ səngərdə olan əsgərin anasını işdən çıxardıb - BİABIRÇILIQ

Tarix:

26-12-2020, 11:13

/ 773 dəfə oxundu.
"MedEra Hospital" hələ səngərdə olan əsgərin anasını işdən çıxardıb - BİABIRÇILIQ

Ay insafınız kəsilsin! Ay nankorlar, gərək bu xəstə vaxtımda səhər tezdən bu zəngi eşidərdim? Mən belə məsələlərə dözmürəm axı. Bu həssas dönəmdə ictimai qınaqdan qorxmursuz ay vicdansızlar? Denən nədən qorxacaqlar ay binəva? Arxalarında Allah bilir hansı məmur dayanıb?

Səhərin gözü açılar-açılmaz, zəng gəlib. Qadın telefonda hönkürür, kömək istəyir. Bir rəfiqəmin vasitəsi ilə tanımışam onu.

İki il öncə mən onu bir klinikaya xadimə kimi işə düzəltmişdım .Klinika bağlandı, xanım çıxdı getdi başqa işə. Elə o vaxtan məni unutmur. Həmişə əhvallaşır...

Keçirəm mətləbə. Məlum olur kı, bu xanım "MedEra Hospital"da işə düzəlibmiş. İndi işdən atıblar. Qadına çörəyi qonşusu alıb verir. Acı olan bu deyil hələ. Nolsun, adamın pis dönəmləri də olar, yaxşı qonşuları da.

Acı olan bilirsinizmi nədir? Qadının 31 yaşlı bir oğlu var. Müharibə başlayandan, könüllü olaraq ön xəttdədir. Evdə olanda, pis yaxşı anasına çörək qazana bilirdi. Ay şərəf yoxsulları. Lap qadın pis işçidir deyək ki. Süpürgəylə, süngərlə rəftarı bilmir. Lap belə pis işçidir. O boyda klinikanın bir əsgər anasını müvəqqəti yola vermək imkanı yoxdur? Nə ölürsürsünüz? İmkan verin balası gəlsin, sonra çıxarın da, işdən. Allah qorxusunu kənara qoyuram. Vicdanın ağrımırmı, ay "MedEra Hospital" rəhbərliyi? Necə yata bilirsən gecələr? Bu gün sənin pul çinləməyinə şəraiti, həmin qadının oğlu yaratmayıbmı? O oğlan bu gün orduda olmasaydı, erməni klinikanda donuz saxlayacaqdı şübhəsiz.

Onun oğlu sənin ananı qoruyur, sən onun anasının göz yaşına səbəb olursan. Mənliyiniz olsun!

Dostluğumdakı klinika rəhbərlərindən rica edirəm. Qadını işlə təmin edin. Ən azı oğlu gələnə kimi.

Nə qədər yalvardım ki, oğlun gələnə kimi gəl bizdə qal, razılaşmadı. Qəhərdən, əsəbdən boğazım düyünlənib, səhər iynə dərmanım da qalıb. Xəstəxanadayam deyə, imkanlarım məhduddur.

Redaksiyadan: Yazı Lətafət Novruzovanın şəxsi feysbuk səhifəsindəki statusuna istinadən verilib.

Miq.Az

Şərhlər

XƏBƏR LENTİ