"MedEra Hospital"ın direktoru rüsvayçı olaydan DANIŞDI: - "Uşaq xəstəyə oxşamırdı"
Xəbər verdiyimiz kimi "MedEra hospital” klinikasında soyğunçuluqla üzləşdiyini söyləyən vətəndaş Bayram Hacıyev sosial şəbəkələrdə video müraciətini yayıb. Feysbukdan prezidentə üz tutan B.Hacıyev övladının idmançı olduğunu, uşağın ürəyində problem yarandığını və pula görə övladına yardım göstərilmədiyini bildirib.
Unikal.org məsələ ilə bağlı "Medera Hospital"la əlaqə saxlayıb.Suallarımızı cavablandıran hospitalın Rəhimə adlı xanım operatoru hadisəni təsdiqləyib:
"Ona bildirilib ki, burada xidmət ödənişlidir.O, da heç bir ödəniş etmək istəməyib. Bura dövlət xəstəxanası deyil, özəl xəstəxanadı, burada da hər şey ödənişlidir".
Unikal.org-a açıqlama verən "MedEra Hospital"ın direktoru Lalə Babayeva Bayram Hacıyevin övladının xəstə olmadığını iddia edib:
"Orada uşaq narahat deyildi. Uşaq onun yanında ayaq üstə gülürdü. Xəstəyə oxşamırdı. Onlar klinikaya hazırlıqlı gəlmişdilər. Valideyn klinikaya müraciət edərkən uşaq kardioloqu tələb edib. Ona bildirilib ki, onun tələb etdiyi həkim burada yoxdur. Həkim müayinəsinə pul tələb etməmişik. Amma bildirmişik ki, aparatlardan istifadə edilərsə, analiz verilərsə ödəniş edilməlidir. Klinikamızın özəl günlərində ödənişsiz aksiya keçirilir. O, Bayram Hacıyev isə ödəniş etməkdən imtina edir. Onun uşağının vəziyyəti pis olmayıb. Onun əlində kamera bütün günü klinikada gəzib. Yardıma gələn insan kamera ilə gəlir?O, şantaj edir insanları.Şantaj eləyən insanlara xidmət göstərilərmi sizcə?"

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır