XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?
18-12-2020, 17:06

Bakıda və Abşeron yarımadasında sabah, dekabrın 19-da tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Dekabrın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli Hidrometeorologiya Xidməti eyni zamanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edib. Belə ki, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.