XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək

Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək

Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək
21-10-2020, 15:17

Gəncədə erməni terrorunun qurbanlarının yaxınlarına veriləcək təqaüdün qaydaları açıqlanıb.

Bunu Ermənistan tərəfindən atəşə məruz qalan Gəncə şəhərində səfərdə olan Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov təqaüdün verilmə qaydalarını da açıqlayıb:

"Yeni Azərbaycan Partiyası ermənilərin Gəncə şəhərində törətdikləri terror zamanı valideynlərini itirən uşaqlara təqaüd verəcək. Biz nəzərdə tutumuşuq ki, terror zamanı valideynlərini ititən 1 uşaq üçün 300 AZN, ailədə 2 uşaq varsa ikisi bir yerdə olmaqla 500 azn təqaüd ödəniləcək. Təqaüdlər onların kart hesablarına köçürülməklə 18 yaşına qədər veriləcək", - deyə, Ə.Əhmədov bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.