XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Hacı Zeynalabdin Bələdiyyəsində saxta imza qalmaqalı - İLGİNC FAKT

Hacı Zeynalabdin Bələdiyyəsində saxta imza qalmaqalı - İLGİNC FAKT

Hacı Zeynalabdin Bələdiyyəsində saxta imza qalmaqalı - İLGİNC FAKT
20-10-2020, 11:45

Hacı Zeylabadin qəsəbədə 5 il yaşamayaraq saxta yolu ilə bələdiyyə sədri seçilən Əsli Qasımova Nofəl qızı ilə bağlı skandal davam etməkdədir.

Bu günlərdə isə redaksiyamıza Hacı Zeynalabdin Bələdiyyəsində yol vermiş növbəti qanun pozuntusu ilə bağlı ilginc faktlar daxil olunmuşdur. Belə ki, bu bələdiyyədə vergilər şöbəsinin müdiri Akif Zayıdov Xanış oğlu və baş mühasibi Teyyub Novruzov Qələmhüseyn oğlunun adından vergilərin ödənilməsi barədə tədiyyə bildirişlər hazırlanıb. Bundan əlavə onların adından da bildirişlərə saxta imzalar atılıb.
DİA.AZ-ın məlumatına görə, Akif Zayıdov 2019-cu ilin yanvar ayında Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinə "a" bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad olub. Novruzov Teyyub isə hal-hazırda həmin idarədə öz vəzifəsində çalışır.

Belə ki, sual yaranır bu tədiyyə bildirişlərində ayrı-ayrı adları olan şəxslərin yerinə kim saxta imza çəkir? Hacı Zeynalabdin Bələdiyyəsində ciddi problemlərin hökm sürdüyünü iddia edən məlumatlı şəxsin saytımıza verdiyi ən son informasiyada bildirilir ki, məhz onların yerinə bələdiyyənin sədri Əsli Qasımova və onun əlaltısı Jalə adlı bir referent məsuliyyəti daşıyırlar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxsin vəzifəsini mənimsəmə, dələduzluq yolu ilə insanı aldadıb, saxta sənəd vermə kimi cinayət tərkibi var. Vəzifə səlahiyyətlərini aşma maddəsi iki bəndlidir. Birinci bənddə 3 il, ikinci bənddə 8 il qədər azadlıqdan mərhum etmə maddəsi var. Qol çəkməli olan şəxs deyil, onun rəhbəri olduğu idarənin üzvü və ya ayrı şəxs qol çəkibsə, bu, 310-cu maddənin (Vəzifəli şəxsin vəzifəsini mənimsəmə) pozulmasıdır. Buna görə 3 ilə qədər azadlıqdan mərhum edilmə cəzası var.

Mövzuya qayıdacağıq və Hacı Zeynalabdin Bələdiyyəsində bu biabırçı saxtakarlıq halının baş verməsi ilə bağlı aidiyyatı olan qurumların və şəxslərin, xüsusən də Bələdiyyə İş Mərkəzinin mövqeyini dinləməyə hazırıq.
Hacı Zeynalabdin Bələdiyyəsində saxta imza qalmaqalı - İLGİNC FAKT






XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.