"Kontakt Home”un sahibi Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
Öncə onu qeyd edək ki, hazırda Milli Məclisin üzvü olan Elnur Allahverdiyev vaxtilə Ayaz Mütəllibovun yaxın dostu və Heydər Əliyevin qatı əleyhdarı olan Marat Allahverdiyevin oğludur.
Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyekt var idi. Marat Allahverdiyev və dostları orda gizlicə yığışıb müzakirə aparardılar. Kim inanardı ki, onun oğlu Elnur Allahverdiyev 2020-ci ildə Ramiz Mehdiyevin siyahısı üzrə deputat seçiləcək. Bəli, Elnur Allahverdiyev uzun müddət “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. “Kontakt Home” haqqında kifayət qədər yazılıb. Bu şəxs yerli mediada “sələmçilik edən, vətəndaşların cibinə girən, insanların ləyaqətini alçaldan'' kimi qələmə verilir. “Kontakt Home” mağazalar şəbəkəsində bir sıra qanunsuzluqlarla, özabşınalıqlarla, istehlakçıların hüquqlarını pozmağa yol verir. Vergilər nazirliyi niyə maraqlanmır ki,bu şirkətdə nə qədər vergidən yayınma var. Hazırkı pandemiya, karantin dövründə belə bu şirkət qanunsuzluqlardan qalmır. Deputatın özü ilə əlaqə saxlayanda isə bircə cümlə deyir: “ Mən o şirkətdə çalışmıram, ora Həsən İsrafilov rəhbərlik edir”. İndi isə gələk ən vacib məqama. Elnur Allahverdiyev Azercell-in ən böyük distribütorlarından biri olub. Qoy özü desin ki, neçə yüz min, bəlkə neçə milyon qeydiyyatdan keçməyən kontur kartlarını necə satıblar və kimlərə neçə milyon alladıblar. Bu barədə ciddi araşdırmamız olacaq.
Növbəti yazımızda AZƏR SÜLEYMANOVUN kimliyi barədə ciddi araşdırmamız olacaq....
gundelik-baku.com

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı