SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

Tarix:

4-09-2020, 15:15

/ 1 063 dəfə oxundu.
Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

"Oğlum dedi ki, Qobustan həbsxanasındakı məhkumlara tibbi maskalar verilmir. Ancaq eyni zamanda, bütün mühafizəçilər tibbi maskalar taxırlar. Bu barədə Ədliyyə Nazirliyinə məlumat verdim”.

Bunu AYNA-ya, rəsmi qurumlar bu barədə məlumat yaymazdan əvvəl - keçən həftənin əvvəlində, övladından Qobustan həbsxanasında koronavirusun yayıldığını öyrənən, ömürlük məhbus Şakir Rzaxanovun anası Müslümat Rzaxanova deyib.

Qeyd edək ki, 29 avqust 2020-ci ildə Nazirlər Kabineti yanında Operativ Qərargah ömürlük məhkumların cəza çəkdiyi Qobustan həbsxanasında koronavirus aşkarlandığını elan etmişdi. Operativ Qərargahdan verilən məlumata görə, müayinələr nəticəsində iki həbsxana zabitində koronavirus infeksiyası aşkarlanıb. İnfeksiya halları müəyyən edildikdən sonra onlarla təmasda olanlar təcrid olunub və testlər edilib. Nəticədə 5 işçi və 19 məhkumun test nəticələri müsbət çıxıb. İnfeksiyaya yoluxanların vəziyyəti qənaətbəxşdir, hamısı asimptomatik xəstədir, heç bir pisləşmə müşahidə olunmur.

Hazırda Operativ Qərargahın açıqlamasında deyildiyi kimi, Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq olunub və virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər davam etdirilir. Lakin Müslümət Rzaxanova, müraciətindən sonra Ədliyyə Nazirliyinin Qobustan həbsxanasında koronavirusun yayılması barədə məlumatı təsdiqlədiyini iddia edir.

“Ədliyyə Nazirliyi işçilərinin o zaman mənə verdikləri məlumata görə, üç məhkum və bir neçə nəzarətçi həbsxanada koronavirus xəstəliyinə tutulmuşdu. Qobustan həbsxanasında məhbuslarının həqiqətən tibbi maskalardan istifadə edib-etməmələri ilə bağlı Baş Tibb İdarəsinə də müraciət etdim. İdarədən mənə dedilər ki, məhkumlar qapalı otaqda saxlanıldıqları üçün maskaya ehtiyac yoxdur”, - şikayətçi qadın bildirib.

Xatırladaq ki, 7 Avqust 2020-ci il tarixində "Ədliyyənin Fəaliyyəti: İctimai Müzakirə" mövzusunda onlayn-müzakirə aparılıb. Açıq bir dinləmədə Baş Tibbi İdarəsinin müdir müavini İftixar Qurbanov, İdarənin pandemiya dövründə gücləndirilmiş rejimdə işlədiyini və bütün gücünü koronavirusla mübarizə üçün səfərbər etdiyini söyləyib.

Şərhlər

XƏBƏR LENTİ