SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Kapital Bank"a köçürülən pul 6 gündür hesaba oturmayıb - ŞİKAYƏT

"Kapital Bank"a köçürülən pul 6 gündür hesaba oturmayıb - ŞİKAYƏT

Tarix:

3-09-2020, 09:19

/ 1 006 dəfə oxundu.
"Kapital Bank"a köçürülən pul 6 gündür hesaba oturmayıb - ŞİKAYƏT

Sosial şəbəkə istifadəçisi Natiq Ələkbərov (Natiq Alekberov) Kapital Bank-dan şikayətçidir
Mənim şikayətim #Kapitalbank -dandır!
26.08.2020 ci il saat 14:10'da Kapitalbank filiallarından birində terminal vaistəsi ilə öz hesabıma pul yüklədim...2 gün gözlədim ki,yəqin düzələr...
Natiq Ələkbərov şikayətini belə başlayır. daha sonra Natiq Ələkbərov yazır:
Daha sonra müştəri xidmətlərinə zəng etdim və baş vermiş hadisəni operatora catdırdım o isə, öz növbəsində şikayətimi qeydiyyata aldığını bildirdi.
Hec bir vaxt təyin etmədən məsələnin araşdırılacağını bildirdi.
Mən isə yenə öz narazılığımı bildirdim ve tez bir zamanda həll edilməli olan işi belə uzatmalarının müştəri hüquqlarına tam zidd olduğunu bildirdim,operator xanım başqa cür kömeklik ede bilmeyeceyini bildirdi...

Hələ də ödənişin üstünden 6 gün keçməsinə baxmayaraq mənim şəxsi vəsaitimi hesabıma köçürməyiblər!!!
Bu hüquq pozuntusu barəsində məhkəməyə müraciət edə bilərimmi?
Natiq Ələkbərov məhkməyə müraciət etmək hüuqunun olub olmadığını sual edir! Təbii ki, var, amma və lakin ....
Növbəti dəfə Kapital Bank-ın mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
"Kapital Bank"a köçürülən pul 6 gündür hesaba oturmayıb - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ