APA TV “Lider"in yerinə yayımlanacaq
Bakı Kommersiya Məhkəməsində “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsindən sonra kanalın aqibəti hər kəsə maraqlı idi.
“MediaPost”un əldə etdiyi məlumata görə, kanalın kabel yayımının 1 sentyabrdan dayanacağı bildirilir. Onun yerinə isə hazırda internet televiziyası kimi fəaliyyət göstərən APA TV yayımlanacaq.
Əvvəlcə tezliyin “Baku” TV tərəfindən alınacağı iddia edilirdi, lakin bunun gerçəkləşmədiyi bildirilir.
Kanalın 1 sentyabrdan işini “Lider” TV-nin tezliyində davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı