Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov mediaya müsahibə verib. Sözügedən müsahibədə sədr Azərbaycan gömrük sisteminin başqa ölkələrə nümunə göstəriləcək səviyyəyə çatdığını, digər dövlətlərin gömrük xidmətlərinin Azərbaycandan öyrəndiyini dəfələrlə qeyd edib.
Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu xəbər izləyicilərin sərt tənqidi ilə üzləşib. Xüsusən DGK-dan narazı qalan vətəndaşlar, habelə Azərbaycan sərhədlərindən hər hansı məhsul keçirən şəxslər belə sədrin bu açıqlamasına şübhə ilə yanaşıblar.
Vətəndaşlardan biri məsələyə belə reaksiya verib: “Öncə deputatlar, indi isə nazirlər özünü tərif kampaniyasına başlayıblar”.
Digər şərhdə isə vətəndaş DGK-nın 5300 dollara aldığı maşını yalnız 10.000 dollara gömrükdən keçirməyə məcbur qaldığını qeyd edib. Bu hadisə baş veribsə, deməli, həqiqətən də başqa ölkələrin gömrük sisteminin bizdən öyrənəcəyi daha çox şey var. Başqa bir rəydə vətəndaş təxminən eyni mövzuya toxunaraq digər ölkələrin maşını aldığından iki qat qiymətə gömrükdən keçirməyi öyrənməli olduğunu bildirib.
Sonda bizə də maraqlıdır, cənab sədr DGK-dan hansı ölkələrin təcrübə öyrəndiyini nəzərdə tutur görəsən? Kurasao, Seyşel Adaları, yoxsa Uqanda? Cənab sədr növbəti müsahibəsində bu suala da cavab verər, ümid edirik.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı