Kamran Əliyev çarəsiz durumda qalan azərbaycanlı qadınla bağlı Ankaraya RƏSMƏN MÜRACİƏT ETDİ
Son günlər bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkiyənin Ankara şəhərində yaşayan Nailə Həsənovanın 3 azyaşlı övladları ilə birlikdə 8 il qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ercan Kapan tərəfindən işgəncə və zorkılığa məruz qalması, onun və azyaşlı övladlarının həyatının təhlükədə olması, bundan başqa uşaqların biloji anası olduğu halda E.Kapanın rəsmi nikahda olduğu arvadını saxtakarlıq yolu ilə üç uşağının anası olaraq rəsmiləşdirdiyindən övladlarının qəyyumluğunu əldə edə bilməməsi, bununla əlaqədar olaraq onların vəsiqələrini dəyişdirə bilməməsi, bu faktorun təhsil hüquqlarını həyata keçirməyinə və eləcə də tibbi xidmətdən yararlanmalarına mane olması barədə məlumatlar yayılmışdır.
Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ankara Cümhuriyyət Baş prokuroru Yüksel Kocamana rəsmi qaydada müraciət edərək qanunun aliliyi prinsipini rəhbər tutmaqla qeyd edilən məsələnin nəzarətə götürülüb araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini və Nailə Həsənovanın övladları ilə birlikdə Azərbaycan Respublikasına gəlməsində köməklik göstərilməsini xahiş etmişdir.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı