XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azərpoçt"dan Ana dilimizə hörmətsizlik - FOTO

"Azərpoçt"dan Ana dilimizə hörmətsizlik - FOTO

"Azərpoçt"dan Ana dilimizə hörmətsizlik - FOTO
20-08-2020, 01:24

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən Azərpoçt MMC tərəfindən vətəndaşlara rus dilində qəbzlərin verilməsi haqlı narazılıq doğurub.

KONKRET.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı məsələni gündəmə gətirərək dövlət qurumlarını Ana dilimizə hörmətlə yanaşmağa səsləyib.

“Müəssisə doğrudan da “yüksək texnologiya” nümayiş etdirərək qurama bir dil icad edib. 30 ilə yaxın müstəqil olan bir dövlətin poçtları özlərini niyə bu gülünc vəziyyətə salırlar, anlamaq olmur. Bəlkə Azərbaycana məxsus olduqları hələ poçt işçilərinə və onların böyüklərinə çatmayıb? “Əməliyyatın növü: письмо” və ya “Два manat 34 qəpik” hansı texnologiya ilə icad edilmiş dildir. Poçt işçiləri dövlət dilimizə niyə sayqısızlıq edirlər?”, deyə S.Rüstəmxanlı qeyd edib.

Vəkil Muxtar Mustafayev hesab edir ki, dövlət qurumlarında Ana dilinə hörmətsilik edənlər İnzibati Xətalar Məcəlləsinə görə, məsuliyyətə cəlb edilməlidirlər.

Maddə 533. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə –

fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,

vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə,

hüquqi şəxslər on iki min manatdan on altı min manatadək məbləğdə cərimə edilir.

Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə,

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə,

hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
"Azərpoçt"dan Ana dilimizə hörmətsizlik - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.