
"SAZZ" internet provayderindın şikayətlər bitib tükənmir. SAZZ-ın müştərisi Ibrahimov Ziya bu dəfə ürək ağrısı ilə yazır:
" Şikayətim sazz-dandı , günboyu mütəmadi olaraq hər yeməkdən sonra təhqir edib vurduğum modem sonda dilə gəlib dedi ki valla mənim bir günahım yoxdu bu andıra qalmış şirkət internetin başın buraxıb . Dəfələrlə zəng edib şikayət etsəm də yenədə xeyri yoxdu , və şirkət olaraq qlobal problemə çarə olaraq " məllim modemin yerini dəyişin yaxud söndürüb yandırın kimi kreativ fikirlər verir" . Yer dəyişməkdən artıq modem "yalama" olub , qonşunun evinə kimi qoymuşam xeyri yoxdu. Bilirəm zatən bu postdan sonrada xeyri yoxdu sadəcə fikri olan insanlara səslənirəm biz etdik siz etmiyin. "
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az