SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Arı sancmadan ölən gəncin atasından ittiham – Foto

Arı sancmadan ölən gəncin atasından ittiham – Foto

Tarix:

3-08-2020, 12:50

/ 1 233 dəfə oxundu.
Arı sancmadan ölən gəncin atasından ittiham – Foto

2018-ci ildə qolunu arı sancdığı üçün 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyev tərəfindən məcburi əməliyyat olunan və elə əməliyyat masasında dünyasını dəyişən oğlum qəsdən öldürülüb.

Oğlum ilk və tək qurban deyil. O, orqan mafiyasının qurbanıdır. Bu işlərin başında oğlumun əməliyyat olunduğu 3 saylı Kliniki Tibbi Mərkəzin baş həkiminin müalicə üzrə müavini Nazim Qasımov durur”.

Bu sözləri Reportyor.info-ya iki il qabaq arı sancmasından sonra əməliyyat olunaraq dünyasını dəyişmiş 1993-cü il təvəllüdlü Cavid İmanlının atası Filman Həsənov bildirib.

Şikayətçi qeyd edib ki, onlar ilk vaxtlar oğlunun ölümünü həkim səhlənkarlığı hesab ediblər: “Çünki adi arı sancması ilə heç kəs əməliyyata alınmaz. Həm də mənim oğlumu bizə heç bir məlumat vermədən, elə adi palatada, digər xəstələrin yanında əməliyyat etməyə cəhd göstərmişdilər. Oğlum elə oradaca dünyasını dəyişmişdi.

Bu müddət ərzində həkimin məsuliyyətə cəlb edilməsi, cəzalandırılması üçün əlimizdən gələni etsək də, heç nəyə nail ola bilməmişik”.

Cavan övladını itirən ata bildirib ki, bi işlərin başında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, 3 saylı Kliniki Tibbi Mərkəzin baş həkiminin müalicə üzrə müavini Nazim Qasımov dayanır.

F.Həsənov deyib ki, bütün bunları nəzərə alaraq Nazim Qasımova sorğu göndəriblər: “Bu illər ərzində o, bizim ünvanladığımız sorğuları cavablandırmaqdan yayınıb. Nəhayət Apellyasiya Məhkəməsi qərar qəbul etdi ki, sorğu rəsmi cavablandırılmalıdır. Nazim Qasımov isə ona ünvanlanan 18 sorğudan cəmi yeddisini cavablandırıb.

Cavablarda isə o, əməliyyatı edən həkim Tağı Əliyevi deyil, mənim oğlumu günahkar çıxarır. Oğlumun həkimə arı sancmasından 5 gün sonra getdiyini israrla deyir, halbuki oğlum 3 gün sonra getmişdi həkimə.

Nazim Qasımov özü də bildirib ki, arı sancan nahiyədə irinin olub-olmamasını müəyyən etmək üçün punksiya edilən zaman narkoz verilməsinə ehtiyac yoxdur.

Ancaq mənim oğluma özlərinin adi adlandırdığı əməliyyat zamanı ümumi bədənə narkoz verilib. Həm də ümumi palatada, digər xəstələrin qarşısında. Oğlum da məhz bu narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.

Əgər əməliyyat adi əməliyyat idisə və bu səbəbdən oğluma ailəsinə xəbər verməməsi tapşırmışdılarsa, nəyə görə ümumi bədənə narkoz verirdilər? Yerli keyitmə ilə də əməliyyat edə bilərdilər. Demək ki, məqsəd başqa olub”.

Şikayətçi bildirib ki, xəstəxanadan onlara oğlunun meyiti verilərkən bütün daxili orqanlar çıxarılıb:

“Meyit yarılmışdı və tibbi ekspertiza üçün bütün daxili orqanları tamamilə çıxarılmışdı. Biz meyit yarılan zaman 5 saat gözləmişik. Bütün daxili orqanları çıxarmaq üçün 5 saat müddətində əməliyyat aparılıb.

Ancaq qanunla orqanların hamısı götürülməli deyildi. Ekspertiza üçün orqanlardan qismən götürülməli idi. Ancaq mənim oğlumun ekspertiza adı ilə bütün orqanları götürülüb.

Biz hətta bunun üçün 8 ay qəbrin üstünü də götürmədik ki, ekskumasiya olsun, qəbir açılsın. Ancaq bunu da etmədilər”.
F.Həsənov bildirib ki, əgər belə olmasaydı Nazim Qasımov bu illər ərzində Tağı Əliyevi müdafiə etməzdi:

“Tağı Əliyevin cəzalandırılması üçün nəsə edərdi. Bundan başqa, o, oğlumun ölümündə günahkar olmasaydı, bizim ünvanladığımız suallara çoxdan cavab verərdi.

Bütün dediklərimi sübut edəcək faktlarım var. O məhkəməyə gəlsə, faktlarla sübut edəcəyik. Ancaq o qorxuğundan bizim qarşımıza çıxa bilmir”.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib.

Öz ayağı ilə həkimə gedən C.İmanlı adi palatada, digər xəstələrin yanında narkoz verilərək əməliyyat olunub. Lakin narkozan şok keçirib və dünyasını dəyişib.
Arı sancmadan ölən gəncin atasından ittiham – Foto

Şərhlər

XƏBƏR LENTİ