Baş Prokurorluğun nümayəndələri videokonfransda iştirak edib
29 iyul 2020-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya regionu üçün 2021-2025-ci illəri əhatə edən yeni proqramının müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilmiş görüşdə qeyd edilən Mərkəzin nümayəndəsi Aşita Mital və Azərbaycan Respublikası Baş Prokurorluğu, o cümlədən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Bu barədə Baş Prokurorluqdan verilən məlumatda deyilir.
Qeyd edilən tədbirdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarov iştirak edərək korrupsiya, çirkli pulların yuyulması, qanunsuz narkotik dövriyyəsinin və digər transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizə sahələrində müəyyən edilən prioritetlər barədə tədbir iştirakçılarını məlumatlandırmış, proqram çərçivəsində əməkdaşlıq perspektivlərinə dair səmərəli fikir mübadiləsi və müzakirələr aparılmışdır.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı