Baş Prokurorluğun nümayəndələri videokonfransda iştirak edib

Baş Prokurorluğun nümayəndələri videokonfransda iştirak edib 29 iyul 2020-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya regionu üçün 2021-2025-ci illəri əhatə edən yeni proqramının müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilmiş görüşdə qeyd edilən Mərkəzin nümayəndəsi Aşita Mital və Azərbaycan Respublikası Baş Prokurorluğu, o cümlədən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Bu barədə Baş Prokurorluqdan verilən məlumatda deyilir.

Qeyd edilən tədbirdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarov iştirak edərək korrupsiya, çirkli pulların yuyulması, qanunsuz narkotik dövriyyəsinin və digər transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizə sahələrində müəyyən edilən prioritetlər barədə tədbir iştirakçılarını məlumatlandırmış, proqram çərçivəsində əməkdaşlıq perspektivlərinə dair səmərəli fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Geri qayıt