XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Çox da ki, bu sahəyə yetərincə vəsait ayrılıb... amma, nə olsun?!" - GİLEY

"Çox da ki, bu sahəyə yetərincə vəsait ayrılıb... amma, nə olsun?!" - GİLEY

"Çox da ki, bu sahəyə yetərincə vəsait ayrılıb... amma, nə olsun?!" - GİLEY
30-07-2020, 10:30

Sumqayıt sakini Gülşən Etibarqızı səhiyyə sistemindəki eybəcərliklərdən gileylidir. DİA.AZ olaraq narazı vətəndaşın müraciətini olduğu kimi təqdim edirik:

"Bir neçə gün öncə elə oldu ki yolumuz Sumqayıt Təcili tibbi yardım xəstəxanasına düşdü. Düşməz olaydı. əgər cibində bir qara qəpiyin yoxdursa, xəstəxanalara üz tutmağının da heç bir əhəmiyyəti yoxdur. Allah eləməmiş, ağır xəstən ola, onda da vay halına... Burda sənin pulsuz "salamını belə almayacaqlar", qaldı ki, ölümlə çarpışan xəstənə adi iynə vursunlar, çox da ki, bu sahəyə yetərincə vəsait ayrılıb. Amma, nə olsun?! Zalımın balaları öyrəncəkli olublar, adət ediblər ki, əlinə versinlər türkün məsəli bir kağız parçası - desinlər ki, get bunları al gətir. Görəsən, onda xəstəxanalara ayrılan dərman preparatları necə olur, onları harda itirib batırırlar. Əlqərəz, bu haqda çox yazılıb, çox da oxunub. Onsuz da bu səhiyyə var ki, burda çətin ki, nəsə düzələ.
Əhalinin narazı qaldığı və səhiyyə xidmətlərinin standartlara uyğun aparılmadığı dövlət xəstəxanalarından biri də Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasıdır. Necə bir el məsəli var, deyirlər, Allah düşmənimin də işini bura salmasın. Birdən nə badə xəstələndin yolun düşdü bu xəstəxanaya, utanmayıb əlinə yekə bir resept kağızı yazıb verəcəklər ki, bunlar bizdə yoxdur, al gətir. Sən də məcbursan ki, alasan, başqa çıxış yolun qalmır. Almağın bir yana, yazdıqları da şirkət dərmanlarıdır. Bu da onlara ikiqat pul qazanmaları üçün ən asan variantdır. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının bir prinsipi var;- təki xəstənin cibini soyub özlərinə xeyir eləsinlər. Əgər cibində pulun yoxdursa, işin müşkülə çevirildi, birinin vicdanı da sızıldayıb sənə bir iynəni belə pulsuz vurmayacaq. Deyəcəklər ki, nazirliyin ayırdığı iynə dərman xəstələri görmür. Biz də məcburuq ki, bunları xəstə sahibinin özlərinə aldıraq. Yaxşı, bunu başa düşdük! Bəs onda, rüşvət almadan heç bir həkimin xəstəyə baxmadığına nə deyək, onu necə başa düşək?! Tibb bacısı xəstənin iynə vurulma vaxtını bilməlidir elə deyilmi? Burda isə tam əksinə gərək xəstə canı ağrıya ağrıya düşə tibb bacısının ayağına ki mənə iynə vurun iynəmin vaxtıdır. Burda sənə pulsuz iynə vurmağa işıq ucu da qoymayıblar. Vay halına ki, bir iynə vurdurdun pul vermədin, qulağın eşidə-eşidə sənə elə qarğışlar tökəcəklər ki, o qarğışların belə heç bir müalicəsi tapılmayacaq. Hələ mən tibb bacılarının və digər şəxslərin soyğunçuluqlarından danışmıram. Xəstəyə iynə vuran xəstəni lift vasitəsi ilə daşıyan, ortalıqda gəzən tibb işçilərinin əsas peşəsi pul yığmaqdır. Lifti dövlət bu xəstələr üçün inşa etməyib ya mən yanlış bilirəm?? Ortalıqda gəzən sözdə tibb bacısı bizə 1 manat lift pulu verməyimizi tələb etdi. Soruşanda ki bəs bu lift xəstələrə, vətəndaşlara xidmət üçün quraşdırılmıyıbmı ?! cavab isə çoxda təəccüblü olmur : Bu liftin yağlarını biz alırıq axı. !
Bir sözlə Allah heç kəsin yolunu bu xəstənaya salmasın , salsa da naümid qoymasın".

Qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.