XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Vergi Xidməti vətəndaşın başına oyun açdı... - NARAZILIQ...

Vergi Xidməti vətəndaşın başına oyun açdı... - NARAZILIQ...

Vergi Xidməti vətəndaşın başına oyun açdı... - NARAZILIQ...
30-07-2020, 10:28

Azərbaycandada hərdən kuryoz deyək və ya kimlərinsə özünü "ağıllı" hesab edərək vətəndaşların başına gətiryi hadisələr olur. Bunlardan biri şikayətçi Elxan Əzimlinin başına gəlib. Ona belə bir oyun oynayan isə Dövlət Vergi orqanlarıdır. Gəlin şikayəti Elxan Əzimlinin özündən eşidək və yazdığı şikayəti oxuyaq. Elxan Əzimli yazır:

"Şikayətim Dövlət Vergi orqanındandır. Məsələ nədir: Adamlar özləri adıma leqal olaraq VÖEN açıblar və aylıq vergi hesabatımı ödəmədiyi ə və s. 5000 manat cərimə kağızı göndəriblər. Soruşuram, VÖEN açanda mənə niyə deməmisiz? Deyir ki, operator 'sizin şəxsi kabinetə məlumat göndərmişdi'. Deyirəm, o kabineti siz açmısız da elə. Deyir, araşdırma qrupuna deyərsiz... nə bilim nə.

VÖEN də nə ilə bağlı açılıb... göstərilmir. Əsas səbəb nə imiş? Deməli 1 il əvvəl valyuta dəyişmişəm və mənə deyirlər ki, vergi sizdə sahibkarlıq subyekti aşkarlayıb, ona görə də sizə VÖEN açılıb. Absurd deyilmi? Bu özbaşınalıqdan hara şikayət edək?"

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //teref.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.