XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İcra başçısı şübhəli şirkətə milyonları həvalə edir - İLGİNC

İcra başçısı şübhəli şirkətə milyonları həvalə edir - İLGİNC

İcra başçısı şübhəli şirkətə milyonları həvalə edir - İLGİNC
20-07-2020, 10:55

Sumqayıt Şəhər İcra Hakimiyyəti binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. DİA.AZ bildirir ki, tenderin qalibi “AS-Təmir Tikinti” MMC-dir. Onun da qeyd edək ki, İcra hakimiyyəti tərfindən qalib şirkətə 7 milyon manat ödəniləcək.

Burada diqqətçəkəni isə Sumqayıt RİH başçısı Zakir Fərəcovun qalib elan etdiyi şirkətdir. Qeyd edək ki, bu şirkətin adı dəfələrlə müxtəlif qalmaqallarda, şübhəli tenderlərdə hallandırılıb.

Elə bu yaxınlarda məlum bir qalmaqallı olay yaşandı Belə ki, Prezident İlham Əliyev may ayının 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni İcra başçısı Azər Qocayevi virtual şəkildə qəbul edərkən, dövlət hesabına tikilən tikintilərdə pozuntuların, mənimsəmələrin olduğunu bildirib.

Dövlət hesabına tikilən tikintilərdə qeydə alınan böyük pozuntulardan birinə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu imza atıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 29 oktyabr - 4 noyabr 2019-cu il tarixləri arasında tenderin qalibi olan şirkətlərlə 14 müqavilə bağlayıb.

Tenderdə qalib olan şirkətlər Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan evlərin, inzibati binanın, həkim məntəqəsinin, həmçinin məktəblərin tikintisini həyata keçirəcəklər.

Açıqlanan rəsmi məlumatlarda göstərilib ki, "Taxta Körpü" ərazisində qaçqınlar üçün Vağazin, Qarakeçdi və Şeylanlı adlı qəsəbələr salınacaq. Vağazin qəsəbəsində 256 ailə üçün fərdi yaşayış evi və 192 şagird yerlik məktəb, Qarakeçdi qəsəbəsində 245 ailə üçün fərdi yaşayış evi, inzibati bina və həkim məntəqəsi, Şeylanlı qəsəbəsində 144 ailə üçün fərdi yaşayış evi və 108 şagir yerlik məktəb tikiləcək. Qeyd olunan tikinti işləri üçün aşağıda adları qeyd olunan şirkətlərə ümumilikdə 41 milyon 482 min 373 manat 49 qəpik ayrılacaq.

DİA.AZ bildirir ki, burada diqqətçəkəni odur ki, həmin qanunszuluqda pul ayrılan şirkətlərdən biri Zakir Fərəcovun sevimli partnyoru olan “AS-Təmir Tikinti” MMC-dir. Belə ki, "AS-TƏMİR TİKİNTİ" MMC-yə 256 ailəlik Vağazin qəsəbəsində 60 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 925 647,23 manat ayrılıbmış. İndi isə daha bir neçə milyon manat...

Hər halda bütün bu faktların ciddi hüquqi araşdırılması zərurəti var. Ən azından sözügedən MMC-nin mənfi reputasiyası buna zəmin yaradır.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.